03:53 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Ruslan Abışov

Tanınmış futbolçumuz millinin heyətindən çıxarıldı

© Photo : STR
İDMAN
Qısa URL
3910

Buna səbəb "Neftçi"nin oyunçusunun uzun müddət davam edən zədədən sonra tam hazır olmamasıdır

BAKI, 5 mart — Sputnik. Ruslan Abışov milli komandanın heyətindən çıxarılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb "Neftçi"nin oyunçusunun uzun müddət davam edən zədədən sonra tam hazır olmamasıdır.

Martın 6-dan 9-dək Qətərdə təlim-məşq toplanışında olacaq yığmamızın heyətinə dəvət alan yarımmüdafiəçi həkimlərin məsləhəti ilə səfərə gedəcək oyunçuların arasından çıxarılıb. Ruslan bu müddətdə paytaxtda qalaraq hazırlıqlarını davam etdirəcək. Onun adı Azərbaycan Premyer Liqasının bu günkü "Neftçi" — "Zirə" matçında da 18 nəfərlik iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Premyer Liqanın XIX turunun "Kəpəz" — "Neftçi" oyununda zədələnən "15 nömrə" o vaxtdan meydana çıxa bilmir.

Əlaqədar

Futbolçular arasında dava düşdü
Təhlükəli futbol: oynayaq, yoxsa oynamayaq?
Məşhur futbolçu sevgilisi üçün İstanbulda villa alıb
Dünyanın 1 nömrəli ulduz futbolçusu evlənməyə qərar verdi
Braziliyalı futbolçu fahişələrə 200 manat verdi və heç nəsiz qaldı
Sovet futbolunun əfsanəsi öldürüldü
Futbolçu meydançaya çıxmamış "qırmızı kart" aldı
Teqlər:
Ruslan Abışov, heyət, milli komanda, "Kəpəz", "Neftçi", futbol

Əsas mövzular