Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlham Zəkiyev: “Əlimizdən gələni edəcəyik”

© Photo : APAİkiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev
İkiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti seçilib

BAKI, 3 mart — Sputnik. Bu gün Milli Paralimpiya komitəsində növbəti dörd il müddətinə idarə heyətinə şeçkilər keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, İlqar Rəhimov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) martın 3-də təşkil olunan V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər.

Tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib.

Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

Yeni seçilmiş vitse-prezident İlham Zəkiyev Sputnik Azərbaycan-a görəcəyi işlərdən danışıb: “Çalışacağıq ki, üzərimizə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gələk. Bu gündən sonra da paralimpiyanın inkişafı üçün nə lazımdırsa onu edəcəyik. Daha çox paralimpiyaçıları kəşf edib idmana cəlb edəcəyik, bunun üçün nəinki Bakıda, eyni zamanda regionlarda da idmançı axtarışlarımızı davam edirəcəyik. Bir sözlə, əlimizdən gələni edəcəyik”. 

Xəbər lenti
0