Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanənin oğlu həbs edildi

© AFP 2023 / MAURICIO DE SOUZA Легендарный бразильский футболист Пеле (справа) и его сын Эдсон Шолби Насименту
Легендарный бразильский футболист Пеле (справа) и его сын Эдсон Шолби Насименту - Sputnik Azərbaycan
Abunə olmaq
Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb

BAKI, 25 fev — Sputnik. Əfsanəvi futbolçu Pelenin oğlu həbs olunub. Sputnik Azərbaycan-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb.

Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib. "Çox məyusam, çünki məni törətmədiyim cinayətdə — çirkli pulların yuyulmasında ittiham edirlər" — o bildirib.

Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.

Xəbər lenti
0