Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təhlükəli futbol: oynayaq, yoxsa oynamayaq?

© AP Photo / John WaltonTravma
Travma - Sputnik Azərbaycan
Abunə olmaq
Məşqçi Arif Əsədov bildirib ki, hər dəfə top futbolçunun başına dəyəndə onun beynində hər hansısa hüceyrələr məhv olur

BAKI, 23 fev — Sputnik. London və Kardiff universitetlərinin alimləri zərərli idman növləri barəsində yeni araşdırmalar aparıblar. Nəticədə aşkar edilib ki, futbol beyinə olduqca mənfi təsir edir. Alimlər müxtəlif illərdə vəfat etmiş 6 futbolçunun beynini tədqiq etdikdən sonra belə qənaətə gəliblər. Vəfat etmiş futbolçuların beyninin boz maddəsinin quruluşunda dəyişikliklər aşkar olunub. Alimlərin fikrincə, məhz bu dəyişikliklər onlarda demensiya və vaxtından əvvəl ölümə səbəb olub. Sputnik Azərbaycan-ın əməkdaşı Azərbaycanın futbol peşəkarlarından məsələyə münasibət alıb. Peşəkarlar bu iddia ilə razılaşmayıblar. 

Məşqçi Arif Əsədov bildirib ki, hər dəfə top futbolçunun başına dəyəndə onun beynində hər hansısa hüceyrələr məhv olur: “Amma həmin hüceyrələr tez bir zamanda da bərpa olunur. Futbol idman növündə ölüm hadisələri daha çox ürək tutma ilə bağlıdır. Futbol sürətli idman olduğundan və burada ürək daha çox yükləndiyindən, idmançının ürəyində problemlər yarana və hətta ölüm ilə nəticələnə bilər. Qeyd edim ki, bu, təkcə davam edən futbolçu karyerası zamanı deyil, sonra da ola bilər. İdmandan uzaqlaşandan və ya məşqçi kimi fəaliyyəti zamanı da bu problemlərlə üzləşərək ölənlər olub. Azərbaycanda da bu faktlar az olmayıb. Hətta bir neçə ay öncə ürək çatışmamazlığından legioner futbolçu məşq zamanı həyatını itirib. “Xəzər Lənkəran”ın oyunçusu olmuş Şəhriyar Xəlilov da bir neçə ay öncə evində yatıb və ürək çatışmamazlığı səbəbindən oyanmayaraq, yuxudaca vəfat edib. Belə hallar dünya futbolunda da çox rast gəlinən haldır”. 

Ağlayan uşaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqları döyməyin, siz bununla onların gələcəyini zədələyirsiz!

Məşqçinin sözlərinə görə, bəzi hallarda idmançıların bir-biri ilə toqquşması da böyük fəsadlara səbəb ola bilir: “Futbol oyununda belə hallar olur. Amma mən deyərdim ki, futbolçularda beyin problemlərindən çox, ürək problemləri müşahidə olunur”. 

Beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib ki, alimlərin araşdırması müəyyən nəticəni verə bilər: “Peşəkar idman ağır sahədir və zədələr qaçılmazdır. Keçmiş dövrlərdə top yağışlı, palçıqlı havada çəkisini iki dəfə artırırdı. Müasir dövrdə isə topun hazırlandığı materialın tərkibində 30-dan çox komponent var. Öz çəkisini, yumşaqlığını qoruyub saxlayır. Futbolda beyin təhlükəsinin olduğu deyilirsə, rinqdə boksçular baş nahiyəsinə amansız zərbələr alırlar. Onda bu idman növü ümumiyyətlə qadağan edilməlidir. Alimlər araşdırmasını aparsınlar. Amma futbol isə dünya durduqca duracaq, seviləcək. Təbii ki, hər bir idmançının özünü qoruması şərtilə”.

Neyrocərrah İsmayıl Qarayev bildirib ki, mikrotravmaların törətdiyi fəsadlar gələcəkdə idmançının karyerasına son qoya bilər: “Amma bu fəsadlar tez bir zamanda insanı öldürə bilməz. Həddən çox yüklənmələr olanda istər futbolçu olsun, istər digər idman növünün nümayədəsi, hamıda beyində problemlər ola bilər. İnsan bədəninin fiziki normaları var. Bu normaları aşanda, böyük faciələr yaşana bilər. Bunu da tək futbola bağlamaq olmaz”.

Xəbər lenti
0