10:59 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
394 0 0

Böyük məşqçi Maksum Xasanovun rəhbərliyi altında ağır atletlərimiz Ukraynada məşq edirlər

BAKI, 16 fev — Sputnik. Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində təlim-məşq toplanışında olan ağır atletika üzrə yığma komandamız hazırlıqlarını davam etdirir. Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, böyük məşqçi Maksum Xasanovun rəhbərliyi altında atletlər gündə iki dəfə məşq edir, qarşıdakı daxili və beynəlxalq yarışlara əvvəlcədən müəyyən edilmiş plan üzrə hazırlaşırlar. Toplanışın keçirilməsində məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.

Hazırlıqların gedişi ilə bağlı məlumat üçün yığma komandanın böyük məşqçisi Maksum Xasanov açıqlama verib. O, ağır atletlərimizin durumundan razı qaldığını dilə gətirib: “Buradakı hazırlığımızın effektiv olduğunu gördüm. Məşqlər atletlərimizə müsbət təsir edirdi. Qərara aldıq ki, daha iki həftə burada qalaq. Hazırda məşqlərimizi intensiv şəkildə davam etdiririk. Komandada ab-hava yaxşıdır, çalışmalarımız yaxşı gedir. Qarşıda bizi Azərbaycan çempionatı, həmçinin, Tailandda yeniyetmələr arasında dünya birinciliyi, Xorvatiyada Avropa çempionatı gözləyir. Mayda isə Bakıda keçiriləcək IV İslam Oyunlarında iştirak edəcəyik. Bütün bu yarışlara maksimum səylə hazırlaşırıq. Qidalanma, istirahət, məşq şəraitimiz yüksək səviyyədədir. Çalışırq ki, yaxşı hazırlaşıb bizə olan etimadı doğruldaq”.

Qeyd edək ki, yanvarın 23-də Ukraynaya yollanan yığma komandamızın ilk olaraq 3 həftəlik hazırlıq prosesi keçməsi nəzərdə tutulmuşdu. Sonradan məşqçilər heyəti bu müddətin daha iki həftə artırılmasını məqsədəuyğun görüb. Bu səbəbdən də komandamız fevralın 26-na qədər Ukraynadakı təlim-məşq toplanışını davam etdirəcək.

Əlaqədar

Valentin Xristov: Olimpiadada yüngül və ağır atletika yarışları maraqsız olacaq
Ağır atletika komandalarına məşqçi heyəti seçilib
Teqlər:
atletlər, məşq, ağır atletika, təlim-məşq toplanışı, Azərbaycan çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı, Maksum Xasanov, Xmelnitski vilayəti, Kamenets-Podolsk şəhəri, Xorvatiya, Tailand, Ukrayna, Bakı

Əsas mövzular