Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı Şəhər Halqası “Sevgililər Günü” münasibətilə yeni kampaniyaya start verib

© AFP 2023 / KIRILL KUDRYAVTSEVF1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir
F1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Sevgililər Günü”nü yeni kampaniya ilə qeyd edir

BAKI, 14 fev — Sputnik. “Birini alana, o biri yarı qiymətə” şüari altında keçirilən kampaniya çərçivəsində azarkeşlərə 2017 Formula-1 Azərbaycan Qran Prisinin biletləri yeni qiymətə təklif olunur və bu əlamətdar günlə əlaqədar olaraq Formula-1 həvəskarlarını yeni hədiyyələr gözləyir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Sevgililər Günü”nü yeni kampaniya ilə qeyd edir. Belə ki, bu yay Bakıda baş tutacaq 2017 Formula-1 Azərbaycan Qran Prisi üçün 4 günlük biletlərdən birini alan yarış həvəskarları ikinci bileti yarı qiymətə əldə edə biləcək. 

Formula-1 - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Formula 1"in sosial-iqtisadi faydaları müzakirə olunacaq

Kampaniya fevralın 28-dək davam edəcək və bu tarixdən sonra biletlər tam qiymətlərlə satışda olacaq. Kampaniya sadəcə tribuna üçün olan 4 günlük biletlərə aiddir (əsas tribuna olan Abşeron tribunası xaric olmaqla) və “Azyaşlı” biletləri və ya birgünlük biletlərə tətbiq olunmayacaq. Bu biletləri əldə edənlər 2017 Formula-1 Azərbaycan Qran Prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü, 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər. Qeyd edək ki, kampaniya çərçivəsində ikinci biletə təklif olunan 50 %-lik endirim alınan biletlərdən qiyməti ən az olana tətbiq olunacaq. 

Bundan başqa, əməliyyat şirkəti kampaniya çərçivəsində 14 fevral tarixində onlayn bilet alanlar arasında lotereya çəkilişi edəcək. Çəkilişə əsasən “Sevgililər Günü” kampaniyası ilə əlaqədar olaraq bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün 4 ulduzlu hoteldə 4 gün gecələmək, alınan biletlərə əlavə olaraq pulsuz 1 bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir. 

Formula-1-in kommersiya başçısı Berni Ekklstoun - Sputnik Azərbaycan
İDMAN
“Formula-1” rəhbəri istefaya göndərilib

Bu kampaniyadan əlavə olaraq, iyun ayında keçiriləcək 2017 Formula-1 Azərbaycan Qran Prisi üçün müxtəlif bilet seçimləri, o cümlədən bir və ikigünlük biletlər (qiyməti müvafiq olaraq 70-125 AZN və 180-440 AZN arasında dəyişir və xarici valyuta ilə ödəniş edənlər üçün bu qiymət həmin günün məzənnəsinə görə hesablanacaq), 2-15 yaşlarında olan tamaşaçılar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli “Azyaşlı” biletləri və birgünlük Ayaqüstü Yerlər üçün olan biletlər Formula-1 azarkeşlərinə təklif olunur.

Qeyd edək ki, Bakıda keçiriləcək növbəti Formula-1 yarışı 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.

Xəbər lenti
0