Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İslam Oyunlarının maskotları təqdim olundu

© Photo : AISGOCBakı 2017 Oyunlarının Maskotları
Bakı 2017 Oyunlarının Maskotları - Sputnik Azərbaycan
Abunə olmaq
Maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq "Bakı 2017" tədbirlərinə rəng qatacaqlar

BAKI, 13 fev — Sputnik. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotları təqdim edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Qarabağ atları Oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, "Bakı 2017"nin simaları olacaq.

Onlara "İncə" və "Cəsur" adları verilib. Hər iki at Oyunlar öncəsi və zamanı əhalimizi oyunların bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarda əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.

Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq "Bakı 2017" tədbirlərinə rəng qatacaqlar.

© Photo : AISGOCBakı 2017 Oyunlarının Maskotları
Bakı 2017 Oyunlarının Maskotları - Sputnik Azərbaycan
Bakı 2017 Oyunlarının Maskotları

Xəbər lenti
0