Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İslam Həmrəyliyi Oyunlarına biletlər bu tarixdən satışda olacaq

© Sputnik / Anar MustafayevBaku2017 online bilet satışı
Baku2017 online bilet satışı - Sputnik Azərbaycan
Abunə olmaq
IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi 16 idman obyektində biletlərin satış köşkləri açılacaq

BAKI, 7 fev — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq. Bu barədə Sputnik Azərbaycan-a "Bakı 2017" İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Ümumilikdə, oyunlar zamanı 20 idman növü üzrə 500.000-dən artıq biletin  satışa çıxarılması nəzərdə tutulur.

Gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell - Sputnik Azərbaycan
İDMAN
İslam Oyunlarının ilk sponsoru bəlli oldu

İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. 

Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall Ticarət Mərkəzləri daxildir. 

Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarında dəyişəcək. 16 yaşınadək uşaqlar 13 idman arenasında idman sessiyalarını pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN dəyərində olacaq. 

Bakı Media Mərkəzi - Sputnik Azərbaycan
İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayımını bu şirkət həyata keçirəcək

Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, bağlanış mərasimi üçün isə 10-100 AZN arası dəyişəcək. 

Nəzərinizə çatdıraq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının biletləri ilə bağlı son yenilikləri rəsmi vebsaytın müvafiq bölməsindən əldə edə bilərsiniz.

Xəbər lenti
0