03:54 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
“Sport Time” 2016

“Sport Time” jurnalının qış sayı nəşr olunub

© Photo :
İDMAN
Qısa URL
3412

“Sport Time” jurnalının növbəti sayı işıq üzü görüb

BAKI, 6 fev — Sputnik. Iki ildir fəaliyyət göstərən “Sport Time” jurnalının növbəti sayı nəşr olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalın bu sayı 2016-cı ilin idman yekunlarına həsr edilib.

Jurnalda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin ilin idman yekunlarına aid çıxışı, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun gənclər siyasətinə aid nitqi, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin keçirdiyi görüş və idman ictimaiyyətinin tanınmış simaları barədə maraqlı məqalələr dərc olunub. 

Bundan başqa, jurnalda gimnastika, taekvondo, ağır atletika, atıcılıq, cüdo, kikboksinq və qol güləşi federasiyalarının 2016-cı ildə qazandıqları nailiyyətlər də yer alıb. “Sport Time” jurnalında Qəbələdə idmana göstərilən diqqət və qayğıdan, veteran futbolçu İsgəndər Cavadovdan, Paralimpiya çempionu Ramin İbrahimovun uğurlu fəaliyyətindən də bəhs olunub. Dərgidə “Asan Radio”nun idmanla bağlı layihələri, tanınmış modelyer Gülnarə Xəlilovanın Avropa Oyunlarına həsr etdiyi milli geyim kolleksiyası oxuculara təqdim olunub.

Jurnalda balaca idmançıların əldə etdikləri böyük qələbələr də yer alıb. Burada çempion tennisçi Kənan Pənahov,10 yaşlı dünya çempionu Ayxan Haşımov, kikboksinq üzrə Azərbaycan çempionu Nihat Hüseynov kimi məktəbli uşaqlar barədə də maraqlı yazılar nəşr olunub.

Tanınmış incəsənət nümayəndələrinin də yer aldığı jurnalda bu dəfə xalq artisti, sevilən müğənni Ağadadaş Ağayevdən və tanınmış estrada ulduzu Emin Ağalarovdan bəhs olunur.

Teqlər:
Avropa oyunları, İsgəndər Cavadov, Ramin İbrahimov, Gülnarə Xəlilova, Kənan Pənahov, Ağadadaş Ağayev, Ayxan Haşımov, Nihat Hüseynov, Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Emin Ağalarov, Əli Həsənov, Qəbələ

Əsas mövzular