Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Amerikaya qarşı

© Flickr / PiaKikboksinq
Kikboksinq - Sputnik Azərbaycan
Abunə olmaq
Kikboksçumuz Xəyal Əhmədov Almaniyada keçiriləcək yarışda amerikalı idmançı Kris Teylorla qarşılaşacaq

BAKI, 31 yan — Sputnik. Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, bir sıra nüfuzlu yarışların qalibi Xəyal Əhmədov 2017-ci ilin mart ayının 25-də Almaniyanın Frankfurt şəhərində peşəkarlar arasında keçiriləcək yarışda iştirak edəcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan idmançı yarışa ciddi hazırlaşdığını bildirib.

© Photo : ŞƏXSİ ARXİVXəyal Əhmədov
Xəyal Əhmədov - Sputnik Azərbaycan
Xəyal Əhmədov

“Dünyada Azərbaycan adını ucaltmaqdan gözəl hiss ola bilməz. Bir idmançı üçün öz dövlətinin himnin ifa olunması və bayrağını ucaldılmasından şərəfli heç nə yoxdur. Rinqə bu amalla çıxırıq" — Əhmədov bəyan edib. 

Əhmədovun sözügedən yarışdakı rəqibi amerikalı kikboksçu Kris Teylor olacaq.

"Teylor kifayət qədər təcrübəli və güclü idmançıdır. Lakin mən qələbə qazanacağıma inanıram” — azərbaycanlı kikboksçu bildirib. 

Xəbər lenti
0