13:23 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Formula-1-in kommersiya başçısı Berni Ekklstoun

“Formula-1” rəhbəri istefaya göndərilib

© Photo : SportBusiness
İDMAN
Qısa URL
19 0 0

“Formula-1” avtomobil yarışlarının icraçı direktoru vəzifəsində Berni Ekklstounu Çeyz Keri əvəz edib

BAKI, 23 yan — Sputnik. “Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ekklstoun özü bildirib.

“Bu gündən mən “Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm” — Ekklstoun qeyd edib.

Qeyd edək ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi. 

Əsas mövzular