Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimizin baş məşqçisi türk klubuna keçir?

© Photo : REPORT IARobert Prosineçki, Azərbaycan milli futbol komandasının baş məşqçisi
Robert Prosineçki, Azərbaycan milli futbol komandasının baş məşqçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Robert Prosineçki "Bursaspor"a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

BAKI, 23 yan — Sputnik. "Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. Sputnik Azərbaycan Apasport.az-a istinadən xəbər verir ki, klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını təsdiqləyib.

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq" — deyə Ademoğlu bildirib.

Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki apasport.az saytına açıqlamasında qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".

Qeyd edək ki, "Bursaspor"un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

Xəbər lenti
0