15:37 23 Fevral 2017
Canlı yayım
Velosipedçilər, arxiv şəkli

Daha bir legioner Azərbaycan yığmasında

© Foto: AzVİF
İDMAN
Qısa URL
27 0 0

Dünya Velosipedçilər İttifaqı razılıq verəcəyi halda, rusiyalı idmançı dünya çempionatında Azərbaycanı təmsil edəcək

BAKI, 11 yan — Sputnik. Azərbaycan Velosiped İdmanı Federasiyası milli komandaya daha bir legioner qəbul edib. Bu barədə Sputnik-ə federasiyanın mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat verib.

"Daha bir rusiyalı idmançını — Kiril Pozdnyakovu milli yığmaya dəvət etdik. O da Azərbaycanı təmsil etməyə razı oldu" — Musayev bildirib.

Federasiya sözçüsünə görə, velosiped idman növündə belə bir qayda var ki, əgər hansısa idmançı bir dövlətdən imtina edib başqa dövlətin şərəfini qorumaq qərarına gələrsə, bu zaman o, 2 il ərzində dünya çempionatında iştirak edə bilməz: "Kirilin bir müsbət tərəfi var ki, o, heç vaxt Rusiya milli komandasında iştirak etməyib, yalnız "RusVelo" komandasında çıxış edib. Bu da bizim xeyrimizədir".

"Biz bu haqda artıq Dünya Velosipedçilər İttifaqına müraciət etmişik. Onlar razılıq versələr, Pozdnyakov iki il karantin müddəti olmadan — bu ilin sentyabr ayında Norveçdə keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edə bilər. Karantin müddəti Kirilə də tətbiq edilərsə, o, 2017-2018-ci illərdə keçiriləcək dünya çempionatlarında iştirak edə bilməyəcək" — P. Musayev əlavə edib.

Onun sözlərinə görə, hər bir halda K. Pozdnyakov digər beynəlxalq yarışlarda və Avropa çempionatında Azərbaycanı təmsil edə biləcək: "Hətta Azərbaycan birinciliyində də özünü sınamaq imkanı olacaq. İdmançının beynəlxalq yarışlarda qazandığı uğurlar vasitəsilə yığdığı reytinq xalları, öz şəxsi aktivi ilə yanaşı federasiyanın da reytinqinə yazılacaq".

Qeyd edək ki, Kiril Pozdnyakov 2013-cü ildə "Synergy Baku" komandası yarananda dəvət olunub. İdmançı bir il ərzində komandada iştirak edib. Daha sonra 2014-2016-cı illər Rusiyanın "RusVelo" komandasında karyerasını davam etdirib. 2016-cı ilin yekunlarından Azərbaycan milli komandasına üzv kimi qəbul edilib və karyerasını Azərbaycan milli yığmasında davam etdirəcək.

Əlaqədar

Göyçayda avtomobil velosipedçini vuraraq öldürüb
Velosipedçilərimizdən böyük uğur
Bu səbəblərə görə velosiped sürməyiniz məsləhətdir
Velosiped sürməyin 5 faydası
Teqlər:
"RusVelo", Kiril Pozdnyakov, legioner, velosiped, Pərviz Musayev, Rusiya, Azərbaycan