11:06 28 İyun 2017
Canlı yayım
Горящий факел Олимпийских игр, фото из архива

Rusiyanı 2018-ci il Olimpiadasından kənarlaşdıra bilərlər

© AP Photo/ Petros Giannakouris
İDMAN
Qısa URL
2901

Böyük Britaniya Antidopinq agentliyinin (UKAD) rəhbəri Devid Kenvorti Rusiyanın 2018-ci il Qış Olimpiadasından kənarlaşdırılması təşəbbüsü ilə çıxış edib.

BAKI, 8 yan — Sputnik. Böyük Britaniya Antidopinq agentliyinin (UKAD) rəhbəri Devid Kenvorti hesab edir ki, Rusiya yığması 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarında iştirak etməməlidir.

"Düşünürəm ki, Rusiya idmançılarını 2018-ci ilin Olimpiya oyunlarından kənarlaşdırmaq lazımdır. Fikrimcə, onları hələ yayda Olimpiadadan kənarlaşdırmaq lazım idi. IPC (Beynəlxalq Paralimpiya Komitəsi) düz edib Rusiyanı kənarlaşdırdı, BOK (Beynəlxalq Olimpiya Komitəsi) isə hər şeyi korladı", — deyə Kenvorti bildirib.

O əlavə edib ki, bu məsələyə "həddindən çox siyasət qarışıb" və bu problemdir.  Kenvortinin sözlərinə görə, Rusiyanın etdikləri Ceyms Bond haqqında əsərdən də inanılmazdır və belə məsələlər bütün idmanı alçaldır.

Əsas mövzular