03:30 20 Yanvar 2017
Canlı yayım
Azərbaycan Ağır Atletika Federasiyasının Hesabat-Seçki Konfransı

Federasiyanın prezidenti bəlli oldu

© Foto: www.aaaf.az
İDMAN
Qısa URL
23 0 0

AAAF-ın Rəyasət Heyəti səsə qoyulub, 25 nəfərlik heyət yekdil səsvermə ilə təsdiqlənib

BAKI, 28 dek — Sputnik. Dünən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Hesabat-Seçki Konfransı keçirilib. AAAF-ın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, İcraiyyə Komitəsi tərəfindən Federasiyanın Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, 4 illik (2013-2016) Olimpiya dövrü başa çatdığına görə, Hesabat-Seçki Konfransının keçirilməsi haqqında qərar qəbul olunub.

Şəhər və rayon idman cəmiyyətləri, idman klubları, idman məktəbləri və AAAF-ın bütün üzvləri Konfransda iştirak edərək mandat əldə ediblər. Onlardan 68 nəfərin səsvermədə iştirak etmək hüququ olub.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib ki, Azərbaycanda 2016-cı ildə Avropa və dünya çempionatları, həmçinin digər beynəlxalq yarışlar keçirilib. O, əlavə edib ki, Olimpiya və qeyri-olimpiya idman növlərində ümumilikdə 837 medal əldə olunub.

Federasiyanın vitse-prezidenti Tofiq Heydərov, son illərdə ağır atletikada baş verən hadisələr, yaranan problemlər, həmçinin əldə olunan böyük uğurlar barədə danışıb, infrastruktur məsələlərinin qısa müddətdə həll olunduğunu, idmançılar üçün ən yüksək şərait yaradıldığını qeyd edib. O, Azərbaycanın daxili yarışlarının Avropa çempionatları səviyyəsində təşkil olunduğu, maliyyə dayaqlarının möhkəmləndirildiyini bildirib.

1 / 7
Azərbaycan Ağır Atletika Federasiyasının Hesabat-Seçki Konfransı

Mandat Komissiyasının baş katib Rizvan Rəsulov, ölkənin bütün regionlarından nümayəndələrin Konfransa dəvət olunduğunu, 68 nəfərin qeydiyyatdan keçərək səsvermə hüququ əldə etdiyini bildirib. Daha sonra səsverməyə keçilib. Yeganə namizəd olaraq Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, AZAL Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov göstərilib. Onun namizədliyi yekdilliklə dəstəklənib.

Sonda AAAF-ın Rəyasət Heyəti səsə qoyulub, 25 nəfərlik heyət yekdil səsvermə ilə təsdiqlənib. Daxili iclasda AAAF İcraiyyə Komitəsi, vitse-prezidentlər, həmçinin digər komitələrin tərkibi müəyən edilib, səsvermə nəticəsində təsdiqlənib.

Federasiyanın bütün qurumlarının tərkibi haqqında aşağıdakı kimidir:

İcraiyyə Komitəsi

1. Cahangir Əsgərov — prezident
2. Rizvan Rəsulov — baş katib
3. İsmayıl İsmayılov — vitse prezident
4. Azər Əliyev — vitse-prezident
5. Ruslan Xanverdiyev — vitse-prezident
6. Tofiq Heydərov — vitse-prezident
7. Elxan Əliyev — icraçı direktor

Rəyasət Heyəti

1. Cahangir Əsgərov (AZAL QSC-nin Prezidenti)
2. İsmayıl ismayılov (AZ. GİN-nin 1-ci müavini)
3. Azər Əliyev (MOK-un baş katibinin müavini)
4. Tofq Heydərov (AAAF Holdinqin prezidenti)
5. Ruslan xanverdiyev (AAAF-İnşaat MMC-nin direktoru)
6. Rizvan Rəsulov (Zirvə İSC-nin direktoru)
7. Elxan Əliyev (AZAL prezidentinin köməkçisi)
8. Natiq Ağayev (VAA İB-nin sədri)
9. Vahid Nəzərov (Təhsil İM-in baş məşqçisi)
10. Fəxrəddin İsmayılov (GİN-in mütəxəssis)
11. Əli Nəbiyev (AAAF Park MMc-nin direktoru)
12. Fəxri Ağayev (AAAF Holdinqin vitse-prezidenti)
13. Rafiq Zülfüqarov (Xaçmaz OK-nın direktoru)
14. Şüa Hüseynov (AAAF-ın fəxri vitse-prezidenti)
15. Rəşad Əliyev (AAAF Media MMC-nin direktoru)
16. Məmmədli Oruc (UGİM-in direktoru)
17. Azad Mustafayev (Beynəlxalq dərəcəli hakim)
18. Qadir Babayev (Cəlilabad UGİM-in direktoru)
19. Yavər Hacıyev (Sprtak İC-nin sədri)
20. Raqif Abbasov (Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi)
21. Rəşad Quliyev (Ordu İdman Klubunun rəisi)
22. Fikrət Adıgözəlov (İdman Azərbaycan TV-nin şöbə müdiri)
23. Hüseyn Səfərov (Eleiko şirkətinin ümayəndəsi)
24. Məmmədov Rahid (AAAF Construction MMC-nin direktoru)
25. Əsgərov Cənil (Ağır atletika Akademiyasının direktoru)

Əlaqədar

Atçılıq federasiyası mükafatlandırdı
Həndbol federasiyasına yeni prezident seçildi
Yeni federasiyalar yaradıb xarici idmançılara pul xərcləyəcəklər
İdman federasiyaları, yoxsa "dərin dövlət"?!
Dalğıc Federasiyasının prezidenti suda boğulub
Teqlər:
AAAF, Azərbaycan Ağır Atletika Federasiyası, hesabat, konfrans, seçki, prezident

Əsas mövzular