ELM

Tələbələr arasında badminton yarışı keçirilib

© Photo : UNEC-in mətbuat xidmətiUNEC-in badmintonçuları güclərini sınayıblar
UNEC-in badmintonçuları güclərini sınayıblar - Sputnik Azərbaycan
Abunə olmaq
Yarışın təşkilatçısı UNEC-in "İdmançı" idman klubu və Tələbə Gənclər Təşkilatıdır

BAKI, 27 dek — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) badminton yarışı keçirilib. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən yarışın məqsədi badmintonun təbliği, UNEC-də bu idman növünə olan marağın artırılması, gəncləri sağlam həyat tərzinə sövq etməkdir.

Fakültələr arasında təşkil edilən yarışda 60 tələbə qüvvəsini sınayıb. Badmintonçu qızlar arasında I yerə Əmtəəşünaslıq fakültəsinin tələbəsi Anna Jeleznyak layiq görülüb. II yerdə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Anelya Balabayeva, III yerdə İqtisadiyyat fakültəsinin tələbəsi Sara Nəzirli qərarlaşıb.

© Photo : UNEC-in mətbuat xidmətiUNEC-in badmintonçuları güclərini sınayıblar
UNEC-in badmintonçuları güclərini sınayıblar - Sputnik Azərbaycan
UNEC-in badmintonçuları güclərini sınayıblar

Badmintonçu oğlanlar arasında İqtisadiyyat fakültəsinin tələbəsi Qurban Qurbanov 1-ci olub. Rus İqtisadiyyat Məktəbinin tələbələri Məhərrəm Məhərrəmov II, Ömər Əzizli isə III yeri qazanıb.

Qarışıq qoşa yarışlarda ilk yerə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Ömər Əzizli və Əmtəəşünaslıq fakültəsinin tələbəsi Anna Jeleznyak yüksəlib. II yeri İqtisadiyyat fakültəsinin tələbələri Qurban Qurbanovla Sara Nəzirli bölüşüb. III yerdə isə Rus İqtisadiyyat Məktəbinin tələbəsi Məhərrəm Məhərrəmov və İqtisadiyyat fakültəsinin tələbəsi Arzu Zeynallı qərarlaşıb.

© Photo : UNEC-in mətbuat xidmətiUNEC-in badmintonçuları güclərini sınayıblar
UNEC-in badmintonçuları güclərini sınayıblar - Sputnik Azərbaycan
UNEC-in badmintonçuları güclərini sınayıblar

Yarışlarda Rus İqtisadiyyat Məktəbinin tələbələri xüsusi fəallıqları ilə seçilərək, I yerə layiq görülüblər. İqtisadiyyat fakültəsi II, Əmtəəəşünaslıq fakültəsi isə III yeri qazanıb.

Qaliblərə diplom və hədiyyə təqdim edilib. Qeyd edək ki, yarışın təşkilatçısı UNEC-in "İdmançı" idman klubu və Tələbə Gənclər Təşkilatıdır.

© Photo : UNEC-in mətbuat xidmətiUNEC-in badmintonçuları güclərini sınayıblar
UNEC-in badmintonçuları güclərini sınayıblar - Sputnik Azərbaycan
UNEC-in badmintonçuları güclərini sınayıblar

Xəbər lenti
0