Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1 elçiləri ictimaiyyətə təqdim olundu

© Photo : Formula 1 Azərbaycanın mətbuat xidməti2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri ictimaiyyətə təqdim olunub
2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri ictimaiyyətə təqdim olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Gülnaz Quliyeva: "Biz bu gün yarışın rəsmi elçilərini elan etməklə ictimaiyyətin maarifləndirilməsinə dair fəaliyyətimizi daha da genişləndiririk"

BAKI, 26 dek — Sputnik. 2017 Formula 1 Azərbaycan Qran Prisinə 6 ayın qalması münasibəti ilə, dünən keçirilən tədbirdə yarışın rəsmi yerli elçiləri ictimaiyyətə təqdim olunub. Sputnik xəbər verir ki, Azərbaycanın əməkdar artistləri Tünzalə Ağayeva və Murad Dadaşov, məşhur müğənni Miri Yusif, Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev rəsmi elçi olaraq gələn il Bakıda keçiriləcək sayca ikinci Formula 1 Qran Prisini təmsil edəcəklər.

Formula 1 yarışı - Sputnik Azərbaycan
Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Tünzalə Ağayeva Azərbaycan Qran Prisinin ölkədə tanıdılması işlərində yaxından iştirak edəcək, Murad Dadaşov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubuna öz dəstəyini göstərəcək, Miri Yusif könüllülərlə birgə çalışaraq onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına öz töhfəsini verəcək, Rəhim Əliyev Formula 1 ilə əlaqədar sahib olduğu təcrübə və biliyi ölkə ictimaiyyəti ilə bölüşərək Azərbaycanda yarışa maraq oyatmağa çalışacaq və Gülhüseyn Abdullayev mübarizə apardığı avtoidman yarışlarında Bakı Şəhər Halqasını təmsil edəcək, Azərbaycanın beynəlxalq arenada daha geniş ictimaiyyətə təqdim olunmasında fəal iştirak edəcək.

BŞH-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Gülnaz Quluyeva rəsmi elçilərə, göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək, onlara uğurlar arzu edib: "Bu gün bizim üçün əlamətdar bir gündür. 23-25 iyun 2017-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə tam 6 ay qalıb. Biz bu gün yarışın rəsmi elçilərini elan etməklə ictimaiyyətin maarifləndirilməsinə dair fəaliyyətimizi daha da genişləndiririk".

© Photo : Formula 1 Azərbaycanın mətbuat xidməti2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri.
2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri - Sputnik Azərbaycan
1/6
2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri.
© Photo : Formula 1 Azərbaycanın mətbuat xidmətiElçilər və Formula 1 könüllüləri.
Elçilər və Formula 1 könüllüləri - Sputnik Azərbaycan
2/6
Elçilər və Formula 1 könüllüləri.
© Photo : Formula 1 Azərbaycanın mətbuat xidmətiTünzalə Ağayeva təqdimatda çıxış edib
Tünzalə Ağayeva təqdimatda çıxış edib - Sputnik Azərbaycan
3/6
Tünzalə Ağayeva təqdimatda çıxış edib
© Photo : Formula 1 Azərbaycanın mətbuat xidmətiTəqdimata yüzlərlə izləyici gəlib.
Təqdimata yüzlərlə izləyici gəlib - Sputnik Azərbaycan
4/6
Təqdimata yüzlərlə izləyici gəlib.
© Photo : Formula 1 Azərbaycanın mətbuat xidmətiFormula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev
Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev - Sputnik Azərbaycan
5/6
Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev
© Photo : Formula 1 Azərbaycanın mətbuat xidmətiMiri Yusifin təqdimatda çıxışı.
Miri Yusifin təqdimatda çıxışı - Sputnik Azərbaycan
6/6
Miri Yusifin təqdimatda çıxışı.
1/6
2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri.
2/6
Elçilər və Formula 1 könüllüləri.
3/6
Tünzalə Ağayeva təqdimatda çıxış edib
4/6
Təqdimata yüzlərlə izləyici gəlib.
5/6
Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev
6/6
Miri Yusifin təqdimatda çıxışı.

"Bu elçilərdən dördü ilə ötən ildən etibarən əməkdaşlıq edirik və onlar Bakıda keçirilmiş ilk Formula 1 yarışının təbliğatına böyük töhfə veriblər. Biz çox məmnunuq ki, onların sıralarına gənclərimizin ən sevimli müğənnilərindən biri olan Miri Yusif də qatılır. İnanırıq ki, bu komanda ilə Azərbaycanın adını Formula 1 yarışı ilə daha yüksəklərə qaldıracağıq." — Quliyeva bildirib.

O, hər kəsi bilet almağa səsləyib: "Fürsətdən istifadə edərək hamını 2017 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edirəm. Hal-hazırda sizlər üçün ən sərfəli qiymətlərlə — 30 faizədək endirimli qiymətlərlə biletlər təklif olunur. Həmvətənlərimizi bu kampaniyadan yararlanmağa və gələn mövsümün ən baxımlı yarışını birgə izləməyə çağırıram".

Qeyd edək ki, Formula 1 yarışının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və "Amapola Exclusive Events"-in birgə təşkilatçılığı ilə, Fəvvarələr meydanında yerləşən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasında baş tutan konsert proqramında 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi elçilərindən əməkdar artist Tünzalə Ağayeva və müğənni Miri Yusif öz ifaları ilə çıxış ediblər.

Xəbər lenti
0