16:28 28 İyun 2017
Canlı yayım
2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri ictimaiyyətə təqdim olunub

Formula 1 elçiləri ictimaiyyətə təqdim olundu

© Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
İDMAN
Qısa URL
17 0 0

Gülnaz Quliyeva: "Biz bu gün yarışın rəsmi elçilərini elan etməklə ictimaiyyətin maarifləndirilməsinə dair fəaliyyətimizi daha da genişləndiririk"

BAKI, 26 dek — Sputnik. 2017 Formula 1 Azərbaycan Qran Prisinə 6 ayın qalması münasibəti ilə, dünən keçirilən tədbirdə yarışın rəsmi yerli elçiləri ictimaiyyətə təqdim olunub. Sputnik xəbər verir ki, Azərbaycanın əməkdar artistləri Tünzalə Ağayeva və Murad Dadaşov, məşhur müğənni Miri Yusif, Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev rəsmi elçi olaraq gələn il Bakıda keçiriləcək sayca ikinci Formula 1 Qran Prisini təmsil edəcəklər.

Tünzalə Ağayeva Azərbaycan Qran Prisinin ölkədə tanıdılması işlərində yaxından iştirak edəcək, Murad Dadaşov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubuna öz dəstəyini göstərəcək, Miri Yusif könüllülərlə birgə çalışaraq onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına öz töhfəsini verəcək, Rəhim Əliyev Formula 1 ilə əlaqədar sahib olduğu təcrübə və biliyi ölkə ictimaiyyəti ilə bölüşərək Azərbaycanda yarışa maraq oyatmağa çalışacaq və Gülhüseyn Abdullayev mübarizə apardığı avtoidman yarışlarında Bakı Şəhər Halqasını təmsil edəcək, Azərbaycanın beynəlxalq arenada daha geniş ictimaiyyətə təqdim olunmasında fəal iştirak edəcək.

BŞH-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Gülnaz Quluyeva rəsmi elçilərə, göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək, onlara uğurlar arzu edib: "Bu gün bizim üçün əlamətdar bir gündür. 23-25 iyun 2017-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə tam 6 ay qalıb. Biz bu gün yarışın rəsmi elçilərini elan etməklə ictimaiyyətin maarifləndirilməsinə dair fəaliyyətimizi daha da genişləndiririk".

  • 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri
    2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri
    © Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
  • Elçilər və Formula 1 könüllüləri
    Elçilər və Formula 1 könüllüləri
    © Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
  • Tünzalə Ağayeva təqdimatda çıxış edib
    Tünzalə Ağayeva təqdimatda çıxış edib
    © Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
  • Təqdimata yüzlərlə izləyici gəlib
    Təqdimata yüzlərlə izləyici gəlib
    © Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
  • Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev
    Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev
    © Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
  • Miri Yusifin təqdimatda çıxışı
    Miri Yusifin təqdimatda çıxışı
    © Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
1 / 6
© Foto: Formula 1 Azərbaycanın mətbuat xidməti
2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi yerli elçiləri

"Bu elçilərdən dördü ilə ötən ildən etibarən əməkdaşlıq edirik və onlar Bakıda keçirilmiş ilk Formula 1 yarışının təbliğatına böyük töhfə veriblər. Biz çox məmnunuq ki, onların sıralarına gənclərimizin ən sevimli müğənnilərindən biri olan Miri Yusif də qatılır. İnanırıq ki, bu komanda ilə Azərbaycanın adını Formula 1 yarışı ilə daha yüksəklərə qaldıracağıq." — Quliyeva bildirib.

O, hər kəsi bilet almağa səsləyib: "Fürsətdən istifadə edərək hamını 2017 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edirəm. Hal-hazırda sizlər üçün ən sərfəli qiymətlərlə — 30 faizədək endirimli qiymətlərlə biletlər təklif olunur. Həmvətənlərimizi bu kampaniyadan yararlanmağa və gələn mövsümün ən baxımlı yarışını birgə izləməyə çağırıram".

Qeyd edək ki, Formula 1 yarışının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və "Amapola Exclusive Events"-in birgə təşkilatçılığı ilə, Fəvvarələr meydanında yerləşən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasında baş tutan konsert proqramında 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi elçilərindən əməkdar artist Tünzalə Ağayeva və müğənni Miri Yusif öz ifaları ilə çıxış ediblər.

Əlaqədar

"Yerli əhaliyə Formula 1-i sevdirməyə çalışırıq"
Formula 1 biletləri bu tarixdən etibarən satışa çıxarılacaq
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı
Sputnik Formula 1 diplomu ilə mükafatlandırılıb
Formula 1 geyimləri satışa çıxarıldı
Teqlər:
rəsmi, Qran Pri, BŞH, Elçin, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Formula 1, yarış

Əsas mövzular