10:08 28 Mart 2017
Canlı yayım
Futbolçu Marko Van Basten

Dünya futbolunda yeni qayda tətbiq ediləcək

© AP Photo/ Peter Dejong
İDMAN
Qısa URL
42 0 0

Van Basten: "Bu icazə, sadəcə bir futbolçuya veriləcək"

BAKI, 26 dek — Sputnik. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbolda yeni qaydanın tətbiq oluna biləcəyini açıqlayıb. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, bu barədə qurumun texniki işlər üzrə katibi, əfsanəvi futbolçu Marko Van Basten məlumat verib.

O deyib ki, yeni veriləcək qərara əsasən, oyun ərzində hakimdən narazılıq olarsa, komanda oyunçularından, sadəcə birinə icazə veriləcək ki, hakimə etirazını bildirsin: "Biz çox vaxt görürük ki, hakimdən narazılıq olan zaman komandadakı 11 oyunçudan demək olar ki, hamısı hakimin üzərinə şığıyır. Nəticədə xoşagəlməz görüntülər üzə çıxır".

"Bu hərəkətlərə görə çox vaxt hakimlər də bir neçə futbolçunu qırmızı və ya sarı vərəqlə cəzalandırırlar. Bunlar hamısı qanunlardakı boşluqdan qaynaqlanırdı. İndi isə biz hazırlaşırıq ki, elə bir qayda tətbiq edək ki, narazılıq olan zaman klubun ancaq kapitanı hakimə yaxınlaşıb etirazını bildirsin. Yenə deyirəm, ancaq kapitanlar" — deyən Bastenin sözlərinə görə, oxşar qayda Reqbi idman növündə də mövcuddur.

Əlaqədar

Dünyanın futbol ulduzu "Qalatasaray"a gəlir
Məşhur futbolçudan türk xalqına gözyaşardıcı mesaj
Türkiyəli futbolçulara Ukraynada şok yaşatdılar
Məşhur futbolçu tanınmış məşqçini yerdən yerə vurdu
Bu transfer futbol azarkeşlərini heyrətə salacaq
İlin üç ən yaxşı futbolçusunun adı açıqlandı
Ulduz futbolçunun yaşadığı bina yandı
Bütün ölkə bu futbolçudan danışır
Teqlər:
Marko Van Basten, oyunçu, FİFA, hakim, komanda, futbol, cəza

Əsas mövzular