01:18 22 Oktyabr 2017
Canlı yayım
Məhəmmədhüseyn Yəzdani Lənkəran Taekvondo Məktəbində təlim-məşq zamanı

İranın gənc taekvondoçularının lideri Lənkəranda məşq keçir

© Sputnik / Rahim Zakiroğlu
İDMAN
Qısa URL
5521

İran İslam Respublikasının gənclərdən ibarət milli komandasının lideri, 68 kq çəki dərəcəsində İran çempionu Məhəmmədhüseyn Yəzdani Lənkəran Taekvondo Məktəbində təlim-məşq keçir.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

İran İslam Respublikasının gənclərdən ibarət milli komandasının üzvü və lideri, 68 kq çəki dərəcəsində İran çempionu olan Məhəmmədhüseyn Yəzdani Lənkəran Taekvondo Məktəbində lənkəranlı taekvondoçularla birgə təlim-məşq keçir. İranlı taekvondoçu onun və Azərbaycan millisinin taekvondoçusu əslən iranlı Milad Beygi Harçeqaninin şəxsi məşqçisi Abdullah Xudabəxşi ilə birgə gəlib.

Lənkəran Taekvondo Məktəbinin baş məşqçisi Vüqar Sultanovun verdiyi məlumata əsasən, İran İslam Respublikasından gələn taekvondoçu 14 dekabr tarixindən Lənkəranda məşq edir. Baş məşqçinin bildirdiyinə görə, noyabr ayında Lənkəran Taekvondo Məktəbinin takevondoçuları iki həftə iranlı taekvondoçuların dəvəti ilə İran İslam Respublikasında təlim-məşq toplantısı keçiblər və ardınca da lənkəranlı taekvondoçuların dəvəti ilə Məhəmmədhüseyn Yəzdani Lənkəranda məşq etməyə dəvət edilib. Bundan əlavə Vüqar Sultanov bildirdi ki, gələcəkdə İran İslam Respublikasından olan taekvondoçular Lənkəranda təlim-məşq keçmək üçün geniş tərkibli heyətlə gələcəklər.

Əsas mövzular