Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qəbələ" sonuncu oyunda da məğlub oldu

© Sputnik / Murad OrujovФутбольный матч "Габала" - "Сент-Этьен" в Баку
Футбольный матч Габала - Сент-Этьен в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbələ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində sonuncu oyununda Almaniyanın "Mayns-05" klubuna məğlub olub.

BAKI, 8 dek — Sputnik. "Qəbələ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Azərbaycan futbolçuları səfərdə Almaniyanın "Mayns-05" klubu ilə rastlaşıblar.

Görüşdə hesabı 30-cu dəqiqədə alman komandasının oyunçusu Hak açıb — 1:0. On dəqiqə sonra de Blasis ikinci topu qonaqların qapısından keçirib — 2:0.

Oyun elə bu hesabla başa çatıb. 

Beləliklə, "Qəbələ" 6 oyunda da məğlub olaraq qrupda sonuncu yeri tutub. C qrupundan növbəti mərhələyə vəsiqəni "Sent-Etyen" və "Anderlext" qazanıblar.

Xəbər lenti
0