Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Qran Prisi-nin biletlərinin satışına başlanıb

© Photo : BakuCityCircuitNigar Arpadarai və Bülent Özərdim
Nigar Arpadarai və Bülent Özərdim - Sputnik Azərbaycan
Abunə olmaq
2017 Formula 1 Azərbaycan Qran Prisi-nə müxtəlif qiymətlərdə biletlər təqdim olunur

BAKI, 2 dek — Sputnik. İlk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 faizədək endirimlər olacaq. Sputnik xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) açıqlama verilib.

BŞH ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran-Prisinin biletləri dekabrın 2-də, www.bakucitycircuit.com saytında onlayn qaydada satışa çıxarılacaq. Eyni zamanda, biletləri 17 müxtəlif məntəqədən, o cümlədən "Park Bulvar" və "Gənclik" alış-veriş mərkəzlərində, ASAN xidmətin Bakı və Sumqayıt şöbələrində və paytaxtın bir sıra teatr və mədəniyyət mərkəzlərində yerləşən bilet satışı məntəqələrindən əldə etmək mümkün olacaq.

© Photo : BakuCityCircuitNigar Arpadarai və Bülent Özərdim
Nigar Arpadarai və Bülent Özərdim - Sputnik Azərbaycan
Nigar Arpadarai və Bülent Özərdim

BŞH Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd, ötən Qran-Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

"Bundan başqa, Bakıda keçiriləcək Formula 1 yarışının rəsmi adı dəyişdirilərək təqvimdə Formula 1 Azərbaycan Qran Prisi kimi öz yerini aldı", — Ardaparai bildirib.

"Əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30%-dək endirimli, 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışı əvvəlki endirimsiz qiymətlərlə aparılacaq", — BŞH sözçüsü əlavə edib.

O da qeyd edilib ki, dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. BŞH-in icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır.

© Photo : BakuCityCircuit2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır
2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır - Sputnik Azərbaycan
2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

"Fürsətdən istifadə edərək hamını 2017-ci ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün indidən bilet alaraq, bu möhtəşəm endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Ötən yay baş tutmuş yarış zamanı əldə etdiyimiz böyük uğur bizi əvvəlkindən daha böyük və daha yüksək səviyyədə Qran Pri yarışını keçirmək və Bakını Formula 1 təqvimində yer alan ən çox sevilən yarışlardan birinə çevirmək üçün daha da böyük səylə çalışmağa ruhlandırdı. Növbəti iyun ayında Bakıda yarışı sizinlə birlikdə qeyd etməyi səbrsizliklə gözləyirik", — Rəhimov vurğulayıb.

Yarışın rəsmi adının Formula 1 Azərbaycan Qran Prisi-nə dəyişdirilməsi ilə əlaqədar A. Rəhimov belə qeyd edib: "İlk yarışımıza Avropa Qran Prisi titulunu seçən zaman məqsədimiz ölkəmizi Avropanın bir parçası kimi, bizim qran-prini isə Avropa yarışı kimi təqdim etmək idi. Eyni zamanda, sahib olduğumuz Avropa dəyərlərini və qonaqpərvərliyimizi bütün dünyaya nümayiş etdirmək istədik ki, arzu edən hər kəs ölkəmizə gəlib burada istədiyi rahatlığı tapa bilsin".

"Ancaq indi, yarışın Formula 1 Azərbaycan Qran Prisi adlandırılmasının tam vaxtıdır. Ötən yay keçirdiyimiz yarışdan sonra çox sayda Formula 1 azarkeşi cəmiyyətimizin sahib olduğu Avropa dəyərlərinin şahidi oldu. Biz hesab edirik ki, bundan sonra bütün dünya ictimaiyyətinin diqqətini yarışın, məhz Azərbaycanda keçirildiyinə cəlb etməliyik və buna görə də yarışın bundan sonra ölkənin adı ilə adlandırılması ən müvafiq addımdır", — o, əlavə edib.

Qeyd edək ki, 2017 Formula 1 Azərbaycan Qran Prisi-nə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı, trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir.

Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir. Bununla yanaşı, yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə Ayaqüstü Yerlər üçün bir günlük biletlər də təklif olunur.

Dörd günlük endirimli biletlərin qiyməti 150 — 550 AZN, Ayaqüstü Yerlər üçün bir günlük biletlərin qiyməti isə 60 — 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Xəbər lenti
0