21:55 01 Mart 2017
Canlı yayım
Azərbaycan mədəni irsinin qoruyucuları

Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub

© Sputnik / İlham Mustafa
İDMAN
Qısa URL
32010

Komanda dörd dəfə "Prezident kuboku"nu qazanıb, iki dəfə isə Azərbaycan birinciliyinin qalibi olub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 26 noy — Sputnik. Azərbaycanın tarixini, mədəniyyətini, milli kimliyini özündə əks etdirən qədim idman növlərindən biri də çövkən (çovqan) oyunudur. Ölkəmizdə bu idmanın VI- VII əsrlərdən formalaşdığına dair tarixi faktlar var.

Bu oyundan Nizaminin "Xosrov və Şirin" əsərində, "Kitabi-Dədə Qorqud" boylarında bəhs edilir. Eyni zamanda, çövkən oyununa aid rəsmlərə qədim Azərbaycan miniatürlərində rast gəlinir.

Azərbaycanın tarixini, mədəniyyətini, milli kimliyini özündə əks etdirən qədim idman növlərindən biri də çövkən (çovqan) oyunudur
© Sputnik / İlham Mustafa
Azərbaycanın tarixini, mədəniyyətini, milli kimliyini özündə əks etdirən qədim idman növlərindən biri də çövkən (çovqan) oyunudur

Şərqdə yayılan oyunu XIX əsrdə ingilislər Hindistanda öyrənərək, Avropaya aparıb və bir sıra qaydalar əlavə ediblər. Bundan sonra milli oyunumuz dünyada "Polo" adı ilə tanınmağa başlayıb.

UNESCO bu oyunu 2013-cü ildə Azərbaycanın Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib. Azərbaycanda bu irsi qoruyub inkişaf etdirmək üçün 2006-cı ildən başlayaraq hər il Çövkən üzrə "Prezident kuboku", 2013-cü ildən Azərbaycan birinciliyi keçirilməyə başlanıb.

Ölkəmizdə bu idmanın VI- VII əsrlərdən formalaşdığına dair tarixi faktlar var
© Sputnik / İlham Mustafa
Ölkəmizdə bu idmanın VI- VII əsrlərdən formalaşdığına dair tarixi faktlar var

Bu idman yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanan, ən titullu kollektivlərdən biri də Ağstafa Çövkən Komandasıdır. Komanda 4 dəfə "Prezident kuboku"nu qazanıb, iki dəfə isə Azərbaycan birinciliyinin qalibi olub. Digər bütün yarışlarda isə 2 və 3-cü yerləri tutaraq qaliblər sırasında yer almağı bacarıb.

Ağstafa Çövkən Komandası 2006-cı ildə Dilbaz Atçılıq Zavodunun nəzdində yaradılıb. Komandanın bütün üzvləri zavodun əvvəl yerləşdiyi Ağgöl kəndindən olan gənclərdən təşkil olunub. Candargölün yaxınlığında yerləşən, yalnız 90 təsərrüfatdan ibarət olan ağgöllülər, öz adlarını Atçılıq idmanı tarixinə qızıl hərflərlə yazdırıblar. Bütün idmançıları bu kiçik kənddən olan Azərbaycanı millisi Sovetlər dövründə, 1966-cı ildən keçirilən Ümumittifaq Oyunlarında çövkən və sürpapaq yarışları üzə 14 dəfə SSRİ çempionluğunu qazanıb.

Ağstafa Çövkən Komandası
© Sputnik / İlham Mustafa
Ağstafa Çövkən Komandası

Bu barədə Sputnik-ə məlumat verən keçmiş idmançı, hazırda Ağstafa Çövkən Komandasının məşqçisi olan Etibar Məmmədov, hər bir Ağgöl sakininin bu uğurları davam etdirmə mənəvi borclu olduğunu və davam etdirdiyini bildirdi. Ümumiyyətlə, Ağgöldə yeniyetmələr arasında bu idmana maraq çox böyükdür. Məşqçi onların içərisindən seçərək hər yarışa təcrübə qazanmaq üçün iki yeniyetmə apardıqlarını deyir.

Ağstafa çövkən kollektivinin digər komandalardan bir fərqi də var. Onlar yarışlarda Qarabağ, ərəb və digər at cinsləri ilə deyil, yerli — Qazaxın dilboz atları ilə iştirak edirlər. Azərbaycana aid iki at cinsindən biri olan Qazax dilbazları öz dözümlülüyü və çevikliyi ilə komandanın uğurlarında əsas rol oynayır.

Komanda 4 dəfə Prezident kubokunu qazanıb, iki dəfə isə Azərbaycan birinciliyinin qalibi olub
© Sputnik / İlham Mustafa
Komanda 4 dəfə "Prezident kuboku"nu qazanıb, iki dəfə isə Azərbaycan birinciliyinin qalibi olub

Məşqçi Etibar Məmmədov Ağstafa Çövkən Komandasının uğurlarında Dilbaz Atçılıq Zavodunun direktoru Zəlimxan Gülalıyevin danılmaz xidmətləri olduğunu dedi. Həmçinin, Ağstafa Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimova, eləcə də rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə də göstərdikləri köməkliyə görə redaksiyamız vasitəsilə öz təşəkkürünü bildirdi.

Hazırda Ağstafanın çövkən komandası, dekabr ayının ortalarında Şəki rayonunda keçiriləcək ənənəvi "Prezident kuboku"na hazırlıq məşqləri edir. Komanda üzvləri bu turnirdə də yüksək nailiyyət qazanacaqlarına əmindirlər.

Əlaqədar

İşsiz dünya və Avropa çempionu: məni heç mühafizəçi də götürmürlər
Həmyerlimiz kikboks üzrə dünya çempionu oldu
Azərbaycan hərbçiləri dünya çempionatında tarix yazdılar
Hərbçilərin dünya çempionatından qızıl medalımız var
İdmançımız dünya çempionu oldu
Olimpiya çempionu 4 milyon manatlıq villa aldı
Teqlər:
"Prezident kuboku", kubok, birincilik, çovqan, çövkən, at, Azərbaycan birinciliyi, Ağstafa, kənd, SSRİ, yarış, idman, Azərbaycan