Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılacaq

© Photo : TRENDMillət vəkili Fuad Muradov
Millət vəkili Fuad Muradov - Sputnik Azərbaycan
Abunə olmaq
Agentlik idmançıların hüquqlarını və sağlamlıqlarını qorumaq məqsədi ilə idmanda dopinqsiz iştirakı təbliğ edəcək

BAKI, 25 noy — Sputnik. Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, iclasda "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Çingiz Hüseynzadə - Sputnik Azərbaycan
İDMAN
"Dopinq Qərbdə icad olunub, amma nədənsə, onların idmançılarında dopinq tapılmır"

Komitə sədri Fuad Muradov diqqətə çatdırıb ki, sənədin hazırlanması zamanı Ümumdünya Antidopinq Agentliyinin tövsiyələri, bu sahədə beynəlxalq qanunvericilik nəzərdən keçirilib: "Bu günlərdə Ümumdünya Antidopinq Agentliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar. Onlarla görüşlər keçirdik və yeni qanunla bağlı fikirlərini öyrəndik".

Sonra F. Muradov layihə barədə geniş məlumat verib. Qeyd edilib ki, layihənin birinci oxunuşda müzakirələri zamanı deputatlar və mütəxəssislər tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınıb və mətndə müvafiq düzəlişlər aparılıb. Bildirilib ki, təqdim olunan qanun idmanda dopinqin qarşısının alınması və onunla mübarizə sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirir. Sənəddə, eyni zamanda, ölkəmizin bu sahədə beynəlxalq öhdəliklərinə və dürüst oyun prinsipinə uyğun olaraq antidopinq siyasətinin qəbul edilməsi və həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, qanuna əsasən, ölkəmizdə Milli Antidopinq Agentliyinin (MADA) və onun Müşahidə Şurasının təsis edilməsi gözlənilir. Fəaliyyətini müstəqil şəkildə həyata keçirən Agentlik idmançıların hüquqlarını və sağlamlıqlarını qorumaq məqsədi ilə idmanda dopinqsiz iştirakı təbliğ edir, bu sahədə milli strategiyanın hazırlanmasını, maarifləndirmə fəaliyyətini həyata keçirir, bununla bağlı beynəlxalq standartların tətbiq olunmasını və bir sıra digər məsələləri təmin edir. Müşahidə Şurasına Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin nümayəndələri daxildirlər.

Qeyd edilib ki, terapevtik istifadə üçün edilən müraciətlərin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab olunan tibbi və ya elmi ekspertizanın keçirilməsi məqsədi ilə müraciət etmək hüququ Terapevtik İstifadəyə İcazə Komitəsinə aiddir. Komitə müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qanunla nəzərdə tutulan antidopinq qayda pozuntularını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaq səlahiyyəti İntizam Komitəsinə aiddir.

Apellyasiya Komitəsi müəyyən olunmuş qaydaları yerinə yetirmək və tətbiq etmək üçün bütün zəruri tədbirləri həyata keçirir, MADA-nın qaydalarında göstərilən pozuntu hallarını müəyyənləşdirir. İdman subyektləri bu komitələrin tələblərinə riayət etməlidirlər. Qanun layihəsində, eyni zamanda, idman subyektlərinin hüquqları, vəzifələri və məsuliyyəti ilə bağlı məsələlər ehtiva olunur.

İclasın sonunda qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0