Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1 biletləri bu tarixdən etibarən satışa çıxarılacaq

© Sputnik / Murad OrujovFormula 1
Formula 1 - Sputnik Azərbaycan
Abunə olmaq
İlk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 %-dək endirimlər ediləcək

BAKI, 16 noy — Sputnik. 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən satışda olacaq. Satışa çıxarıldıqdan sonra ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 %-dək endirimlər ediləcək.

BŞH Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərlə görüşdə - Sputnik Azərbaycan
İDMAN
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sputnik-ə verilən məlumata görə, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən www.bakucitycircuit.com saytında onlayn qaydada satışda olacaq. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 16-18 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayıda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Buna görə də, əməliyyat şirkəti azarkeşləri kampaniya qurtarmadan əvvəl 2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almağa çağırır.

Qeyd edək ki, dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmək fürsətinə sahib olacaqlar.

2017 Formula 1 Avropa Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir.

Formula 1 - Sputnik Azərbaycan
İDMAN
Formula 1 geyimləri satışa çıxarıldı

Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli "gənc" biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir.

Bununla yanaşı yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalardan izləmək istəyənlər üçün bir günlük Ayaqüstü Biletlər təklif olunur.

Dörd günlük endirimli biletlərin qiyməti 150 — 550 AZN, bir günlük Ayaqüstü Biletlərin qiyməti isə 60 — 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almaq və Bakıya səfərinizi indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi internet səhifəmizdən əldə edə bilərsiniz: www.bakucitycircuit.com. Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri press@synergy.az elektron ünvanına yazaraq müraciət edə bilərlər.

Xəbər lenti
0