Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bunu oxuduqdan sonra yenə idmanla məşğul olacaqsınızmı, bəlli deyil

© AFP 2023 / FRED DUFOURİdman zalında məşg edən insanlar
İdman zalında məşg edən insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
12 min insanın tibbi kartını analiz edən alimlər bu qənaətə gəliblər ki, idman 50 yaşdan sonra infarkta yol açır

BAKI, 11 noy — Sputnik. İdmanla məşğul olmaq ölüm təhlükəsi yarada bilər. Kanada alimləri dünyanın 52 ölkəsindən olan 12 min vətəndaşın tibbi kartını analiz edəndən sonra bu qənaətə gəliblər ki, idman 50 yaşdan sonra infarkta yol açır.

Bodibilder - Sputnik Azərbaycan
İDMAN
İdmançını tez "parladıb", tez "söndürən" qidalar

Sputnik xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər ürək böhranına, yəni infarkta nəyin səbəb olduğunu araşdırıblar. Tədqiqatın bütün müəllifləri asılılıq yaradan məsələlər və sağlamlıqla bağlı bir sıra suallara cavab tapıblar.

Nəticədə alimlər qeyd ediblər ki, ürək xəstəliklərinin səbəbi təkcə stress, artıq çəki, yüksək təzyiq və zərərli vərdişlər deyil. Fiziki yük də sağlamlıq üçün zərərlidir.

Mütəxəssislərin sözlərinə görə, idmanla orta səviyyədə məşğul olmaq lazımdır, həddindən artıq fiziki yükə qatlanmaq lazım deyil. Çünki idmanla aşırı dərəcədə məşğul olmaq, insanı ölümlə üz-üzə qoyur. Bununla yanaşı mənfi əhval-ruhiyyə zamanı fiziki yükə qatlanmaq da ürəyin və damarların işini zəiflədir.

Bir çoxları idman zallarını antidepressant kimi qəbul edirlər. Amma mütəxəssislər mənfi əhval-ruhiyyədə olanda idmanla məşğul olmağı məsləhət bilmirlər. Çünki depressiya ilə fiziki yükün birlikdə əmələ gətirdiyi emosional gərginlik ürək xəstəliklərinin, eləcə də ölümün başlanğıcı ola bilər.

Xəbər lenti
0