Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İHO-ya hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının 4-cü iclası keçirilir

© Photo : mys.gov.azAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək

BAKI, 8 noy — Sputnik. Bu gün Bakıda Boulevard oteldə IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Bu barədə Sputnik-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Презентация IV Игр исламской солидарности - Sputnik Azərbaycan
İDMAN
Rio-de-Janeyroda IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib

İclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər. Bu gün öz işinə başlayan və iki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.

Qeyd edək ki, koordinasiya komissiyasının 2-ci günü isə müzakirə mərkəzində olacaq mövzularidmançıların iştirakı,idman yarışları, marketing, yayım,komersiya məsələləri, açılış və bağlanış mərasimləridir. Onu da xatırladaq ki, Koordinasiya Komissiyasının 3-cü iclası İslam oyunlarına 1 il qalmış, 12 May tarixdə baş tutmuşdu.

Xəbər lenti
0