06:10 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir

Güləşçilərimiz Dağıstandan 4 bürünclə qayıdıblar

© © RİA Dağıstan
İDMAN
Qısa URL
1910

Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib.

BAKI, 31 okt-Sputnik. Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Güləş Federasiyasının Mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olub. 

Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb. 

Qeyd edək ki, 65 kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerdə qərarlaşıb. 

Əsas mövzular