16:10 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Hafiz Baxşəliyev

Həmyerlimiz kikboks üzrə dünya çempionu oldu

© Foto : STR
İDMAN
Qısa URL
259 0 0

Londonda AFSO K-1 versiyası üzrə kikboksçular arasında dünya çempionluğu uğrunda döyüş keçirilib.

BAKI, 31 okt-Sputnik. İngiltərə paytaxtında AFSO K-1 versiyası üzrə kikboksçular arasında dünya çempionluğu uğrunda döyüş keçirilib. Yarışın təşkilatçısı Hafiz Baxşəliyevin Sputnik-ə verdiyi məlumata görə, həlledici görüşdə həmyerlimiz Bəxtiyar İsgəndərzadə (65 kq) yerli Daniel Şortnamla qarşılaşıb. 2-ci raundda həmyerlimiz rəqibini nokdaun vəziyyətinə salsa da, Daniel Şortnam döyüşü davam etdirə bilib və qarşılaşma 5 raund davam edib. Döyüşdə üstün mübarizə göstərən peşəkar kikboksçu Bəxtiyar İsgəndərzadə xal hesabı ilə rəqibinə qalib gəlib.

Qeyd edək ki, yarışın təşkilatçısı Londonda yaşayam həmvətənimiz Hafiz Baxşəliyev olub. O, “Qafqaz çempion” İdman Klubunun sahibidir. Bu idman qurğusunda ermənilərin məşq etməsi qadağan edilib.

Xatırladaq ki, Bəxtiyar Almaniyada yaşasa da bütün peşəkar yarışlarda Azərbaycanı təmsil edir. 

Bu il aprel ayında AFSO K-1 versiyası üzrə Rusiyanı təmsil edən çeçen idmançını məğlub edərək Avropa çempionu olub.

Əsas mövzular