Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir cüdoçumuz "Böyük dəbilqə" uğrunda mübarizə aparacaq

© AFP 2023 / Jack GUEZCüdo
Cüdo - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanı Avropa çempionu və Olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək

BAKI, 29 okt — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən "Böyük dəbilqə" turnirində oktyabrın 29-da Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq. Cüdo Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, turnirin ikinci günündə 73 və 81 kiloqram çəki dərəcələrində cüdoçular yarışacaqlar.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində cüdoçular arasında Azərbaycan birinciliyi keçirilmişdir - Sputnik Azərbaycan
İDMAN
Cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib

Azərbaycanı Avropa çempionu və Olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə (hər ikisi 73 kq) təmsil edəcəklər. R.Orucovun səkkizdəbir finalda rəqibi olmadığından, o mübarizəyə dörddəbir final mərhələsindən start verəcək. F.Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. Cüdoçumuz mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda R.Orucovla görüşməlidir.

Elvin Əhmədli (81 kq) mübarizəyə onaltıdabir finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu səkkizdəbir finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə (81kq) mübarizəyə səkkizdəbir finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.

Oktyabrın 30-da isə 90, 100 və 100 kiloqramdan yuxarı çəki dərəcələrində görüşlər keçiriləcək. Qeyd edək ki, turnirin ilk günündə 60 və 66 kiloqram çəkilərdə Azərbaycanın 4 cüdoçusu mübarizə aparıb. Mehman Sadıqov (60 kq) turniri 5-ci pillədə başa vurub. Eyni çəkidə çıxış edən Oruc Vəlizadə, İlqar Müşkiyev və Vüqar Şirinli (hər ikisi 66 kq) isə ilk görüşlərində uduzublar.

Xəbər lenti
0