01:08 22 Oktyabr 2017
Canlı yayım
Neftçi komandasının əcnəbi oyunçusu Katalin Tira

Bəlkə, utanasan?!

© Foto: REPORT IA
İDMAN
Qısa URL
Təranə Xudabaxşiyeva
17530

Mən səndən də çətin anlara düşmüşəm. Haqsız qınaqlara tuş gəlmişəm. Amma sənin kimi nə kiməsə yumruq atmışam, nə də təpik vurmuşam.

BAKI, 26 okt — Sputnik. "Neftçi" — "Qarabağ" komandalarının qarşılaşması həmişə böyük maraqla izlənilib. Hər iki komandanın bir-birinə güclü rəqib olması azarkeşlər arasında da matç zamanı böyük etirazlara və çoşğulara səbəb olur. Nə edək, futbol azarkeşi çılğın olur.

Dünən "Neftçi" —"Qarabağ" oyununda baş verənlər hər kəs kimi məni də məyus etdi. Bilmədim, "Neftçi"nin gözlərimiz önündə uçuruma getməsinə üzülüm, futbolçusunun avtoqolla azarkeşləri "sevindirdiyi" komandanın vəziyyətinə kədərlənim, yoxsa harınlamış "Neftçi" komandasının əcnəbi oyunçusu Katalin Tiranın qudurğanlığının şokunu yaşayım.

Tiranın azarkeşi şillə-təpiyə "qonaq etməsi" kadrlarına dəfələrlə baxdım. Baxdım ki, bəlkə gözümdən qaçan hər hansı kiçik hadisə ola bilər və mən boş yerə Tira qardaşı "yıxıb-sürümüş" olaram. Yox-yox, mən də onun kimi qolu güclülərdən deyiləm. Sözlə "yıxıb sürüməyi" nəzərdə tuturam.

Tira, sənə bu gün acıq məktub yazmaq qərarına gəldim. Başıma gələnləri sənə danışmaq istəyirəm. Baxma, mən də idmançı olmuşam. Haqsızlıqlar az-çox mənim də başıma gəlib. Tək mənim yox, dostlarımın, məşq yoldaşlarımın da gözümün qarşısında uduzdurulmasının, onlara edilən haqsızlıqların şahidi olmuşam. Amma nə tatamidə sənin kimi "artistlik" etmişəm, nə də tərbiyəsizlik…

Bir hadisəni danışım, bəlkə bir az utandın. Hələ idmançı vaxtlarım idi. Yarış zamanı bir kişi öz oğlunun uduzmasında hakimi günahlandırıb tatamiyə daxil oldu və hakimə yumruq vurdu. Hakim heç bir reaksiya vermədi.

Düzü, gənc yaşlarım idi. Hakimi qınadım ki, niyə susub heç nə eləmədi. Amma ağlıma da gəlməzdi ki, illər keçəcək mən özüm də hakim olacağam və belə hallarda mən də sakit halda idmançıları, məşqçiləri və azarkeşləri "yola verəcəyəm".

Qeyd edim ki, mənim hakimlik etdiyim idman növü taekvandodur. Burada hadisələr çox sürətlə cərəyan edir. Bunun üçün təmkin və səbr lazımdır. Bir də zamanında düzgün qərar vermək. Bunları etmədikdə etirazlar başlaya bilər və biz də təhqir oluna bilərik.

Nə düşünürsən, o zaman biz hakimlər də üzümüzü zala çevirib qarşımıza çıxanı vurub-döyək? Söyüşü yağış kimi zalda yarışı izləyən azarkeşlərin başına endirək?

Tira, bilirsən, mən səndən də çətin anlara düşmüşəm. Müəllim, tələbə, hətta valideyn qınağına tuş gəlmişəm. Onu da qeyd edim ki, bunlar haqsız yerə olub. Amma sənin kimi nə kiməsə yumruq atmışam, nə də təpik vurmuşam. Hərçənd ki, mən səndən də yaxşı təpik ata bilirəm.

Katalin Tira, sən idmandasansa və həm də çıxış etdiyin komandanın vəziyyəti ağırdırsa, üstəlik sənin də güclü və fəxr ediləsi karyeran yoxdursa, heç olmasa komandanı hələ də bu vəziyyəti ilə dəstəkləyən və sevən azarkeşlərə hörmət elə! Hörmət edə bilmirsənsə, bir zəhmət, meydanımızı və hətta ölkəmizi tərk et!

Əlaqədar

Futbol üzrə növbəti dünya çempionatı Avrasiyada olmayacaq
Futbolçu Cavid Hüseynov azadlığa buraxıldı
Əmək haqlarını ala bilməyən futbolçular üsyana qalxdılar
Britaniyalı futbolçu İslama görə peşəsini tərk etdi
Bəhram Bağırzadədən “Neftçi” futbolçularına sərt sözlər
Teqlər:
Katalin Tira, "Qarabağ", "Neftçi", futbolçu, komanda, rəqib, futbol

Əsas mövzular