15:21 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
34040

Qazax Azərbaycanın ən qolugüclü rayonu kimi də qəbul edilir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 22 okt — Sputnik. Qazax Respublikada qol güləşi idman növünün ən çox inkişaf etdiyi rayondur. Bu rayonun idmançıları hər il beynəlxalq arenalarda uğurlu çıxışlarla bayrağımızın yüksəldilməsi, himnimizin səsləndirilməsi üçün əllərindən gələni edirlər.

Oktyabr ayının 1-10 aralığında Bolqarıstanın Blaqoevqrad şəhərində təşkil olunmuş dünya çempionatında da Azərbaycan yığmasının tərkibində Qazax idmançıları uğurla çıxış ediblər. Belə ki, Bolqarıstana yollanan 9 idmançımızdan 4-ü Qazax qol güləşi məktəbinin yetirməsi idi. Üstəlik, ölkəmizə gətirilən 10 medaldan 5-i və qazanılan 3 qızıldan 2-si, məhz onların payına düşür.

  • Rayon Armrestling Məktəbinin yaradıcısı Azər Əliyev yetirmələri ilə
    Rayon Armrestling Məktəbinin yaradıcısı Azər Əliyev yetirmələri ilə
    © Sputnik / İlham Mustafa
  • Məşq prosesi
    Məşq prosesi
    © Sputnik / İlham Mustafa
  • Azərbaycan Qol Güləşi komandasının üzvü
    Azərbaycan Qol Güləşi komandasının üzvü
    © Sputnik / İlham Mustafa
  • Rayon Armrestling Məktəbinin yetirmələrinin nailiyyətləri
    Rayon Armrestling Məktəbinin yetirmələrinin nailiyyətləri
    © Sputnik / İlham Mustafa
1 / 4
© Sputnik / İlham Mustafa
Rayon Armrestling Məktəbinin yaradıcısı Azər Əliyev yetirmələri ilə

Qazaxda qol güləşinin inkişafında, idmançıların yetişdirilməsində rayon Armrestling Məktəbinin (Qol Güləşi Məktəbi) yaradıcısı, məşqçi Azər Əliyevin böyük xitmətləri var. Bu məktəbin nəaliyətləri barədə daha geniş məlumat almaq üçün Azər müəllimlə söhbət etdik.

O, Qazax Qol Güləşi Məktəbinin 1995-ci ildə, böyük çətinliklərlə yaradıldığından bildirdi. "Biomen" adı ilə fəaliyət göstərməyə başlayan idman klubu qarşısına ilk olaraq zona birinciliyində uğur qazanmaq məqsədi qoyub. Az müddətdə bu işin öhdəsindən gəlinib və artıq idmançılar Respublika səviyyəli yarışlarda sınaqdan keçirilib.

2009-cu ildə Azərbaycan Qol Güləşi Federasiyası yarandıqdan sonra klubun adı dəyişərək Qazax Qol Güləşi Məktəbi adlanmağa başlayıb. A. Əliyev Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun yaxından dəstəyi və davamlı məşqlər nəticəsində, Qazax Qol Güləşi Məktəbinin inkişaf etdiyini və ölkənin bu sahədə bir nömrəli idman məktəbinə çevrildiyini deyir.

Qazax Q.G. məktəbinin ən titullu idmançısı, adını Azərbaycan qol güləşi tarixininə qızıl hərflərlə yazdırmış, 1994-cü il təvəllüdlü Qismət Vəkilovdur. O, yeniyetmələr və gənclər kateqoriyalarında 8 qat Avropa, 5 qat dünya çempionu titulunu qazanıb. Son dünya çempionatında isə Qismət, Azərbaycan qol güləşi tarixində ilk dəfə böyüklər arasında qızıl medal qazanaraq, bu nailiyyətə imza atan birinci idmançı olub.

© Sputnik / / Ilham Mustafa
Azərbaycanın ən qolugüclü rayonu

O, 12 qat dünya çempionu olan gürcü idmançı ilə dueldən qalib ayrılaraq hər kəsi təəccübləndirməyi bacarıb. A. Əliyevin dediyinə görə, Qismətin qələbəsi zamanı zalda heyrətdən bir anlıq sükut yaşanıb. Söhbətlşdiyimiz gün isə Qismətin Azərbaycan torpaqlarını qorumaq üçün hərbi xidmətə yollanacağını öyrəndik. Lakin buna baxmayaraq, o, yenə məşqindən qalmamışdı.

Qismətin qardaşı Nemət Vəkilov da dəfələrlə yeniyetmələr və gənclər arasında dünya və Avropa çempionatlarının qalibidir. Son dünya çempionatında o, həm sağ, həm də sol əldə nəaliyyət qazanaraq ölkəmizə gümüş və bürünc medallarla dönüb. Finalda hakimlərin qeyri-peşəkarlığı nəticəsində uduzduğunu deyən idmançı, gələcəkdə daha yaxşı titulları əldə edəcəyinə əmindir.

Qazax Qol Güləşi Məktəbinin son dünya çempionatını qızılla başa vuran idmançılarından biri də Ramazan Rüstəmovdur. Onun naliyyətləri sırasına iki Avropa çempionluğu ilə yanaşı, bir dünya qızılı əlavə olunub. Yarımfinalda erməni idmançı ilə üz-üzə gələn pəhləvan, bu dueldə qarşı tərəfə heç bir şans verməyib. Bolqarıstanda Azərbaycan bayrağının ən yüksəyə qaldırılmasına və himnimizin səslənməsinə nail olub.

Azərbaycan yığmasının və Qazax Qol Güləşi Məktəbinin beynəlxalq yarışda iştirak edən ən gənc idmançısı İsgəndər Mustafayev də ümidləri doğruldub. İlk dəfə dünya çempionatında iştirak edən 16 yaşlı pəhləvan, vətənə gümüş medalla dönməyi bacarıb. Müəllimi Azər Əliyev onun böyük potensiala malik olduğunu və gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını ifadə edib.

A. Əliyev Qazax Qol Güləşi Məktəbinin bu uğurlarla kifayətlənməyəcəyini əlavə edib. O, qarşıya, qazanılan medalların əyarlarının yüksəldilməsi və yeni idmançılar yetişdirərərək daha böyük nəaliyyətlərə imza atmaq məqsədi qoyduqlarını vurğulayıb.

Əlaqədar

İdmançılara istifadəsi qadağan olunan maddələrin siyahısı açıqlandı
Ulduz idmançı faciəli şəkildə həlak olub
"Dopinq Qərbdə icad olunub, amma nədənsə, onların idmançılarında dopinq tapılmır"
"Azərbaycan idmançıları Rio Olimpiadasında uğurla çıxış ediblər"
Prezident: Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü göstərir
İdmançımız dünya çempionu oldu
İki idmançımız dünya çempionu oldu
Teqlər:
İsgəndər Mustafayev, Ramazan Rüstəmov, Nemət Vəkilov, Qismət Vəkilov, Cəsarət Əhmədov, qol güləşi, "Biomen", Armrestling Məktəbi, Qazax Qol Güləşi Məktəbi, Azər Əliyev, Qazax

Əsas mövzular