13:16 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
70930

Azərbaycanın tanınmış idman ustaları azyaşlı uşaqların qaydasız döyüş yarışına çıxarılmasını etiraz edirlər

BAKI, 7 okt — Sputnik. Bir neçə gün öncə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun iştirakı ilə qaydasız döyüş üzrə yarış keçirilib. Çeçenistanın paytaxtı Qroznı şəhərində təşkil olunan yarışla bağlı reaksiyalar isə sərt olub. 8-10 yaşlı uşaqların, heç bir müdafiə geyimi olmadan rinqdə döyüşməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sputnik-in əməkdaşı məsələ ilə bağlı Azərbaycanın tanınmış döyüşçülərinin fikirlərini öyrənib.

Anar Süleymanov — kikboksçu: "Uşaqların peşəkar rinqdə döyüşməsi təhlükəlidir. Nəzərə alsaq ki, uşaqların sümüklərinin tam formalaşma dövrü 10-12 yaşa təsadüf edir, deməli 8 yaşlı usaqların qoruyucusuz, sərt idman növü üzrə döyüşmələri məsləhət deyil. Bu, həm tibbi, həm də psixoloji baxımdan təhlükəlidir. Bu yaş dövründə aldığı travmalar uşağın gələcək inkişafında mənfi təsir edir, həmçinin onun idmanı vaxtından tez tərk etəməsi ilə nəticələnir".

Vüqar Fərmanoğlu — karate üzrə qara kəmər ustası: "Belə yarışın keçirilməsi yolverilməzdir. Hətta böyüklər arasında çox ciddi travmalara yol açan belə döyüş üslubunu uşaqlar üzərində tətbiq etmək olmaz. O uşaq bir zərbənin əziyyətini ömür boyu çəkə bilər. Bundan başqa, uşaqların ala biləcəkləri psixi travmalar da qorxunc nəticələrə gətirib çıxara bilər. Uşaqların gələcək həyatlarını riskə atan belə ağılsızlığa o valideynlərin razılığını başa düşə bilmirəm. Bir nüansı da qeyd edim ki, sözügedən yarışa Kadırov soyadı ilə çıxan uşaqların rəqibləri fiziki cəhətdən zəif idilər. Aydın görünür ki, əvvəlcədən hansı uşağın qalib gəlməli olduğu planlaşdırılıb".

Orxan Səfərov — peşəkar cüdoçu: "Biz də o yaşlarda məşqlərə başlamışıq, kimisi cüdoda, kimisi boksda, kimisi güləşdə. Fikrimcə, belə yarışların keçirilməsi normaldır. Əsas uşağın istəyinin olmasıdır".

Taleh Orucov — Azərbaycan Kapoeyra Federasiyasının prezidenti: "Mən özüm 5-6 yaşından küçələrdə döyüşürəm. Bu da mənim böyüyüb döyüşçü olmağıma səbəb oldu. Əlbəttə, müəyyən qoruyuculardan istifadə olunanda daha yaxşı olar. Həm də uşaq böyüklə döyüşmür. Öz yaşıdı ilə döyüşür. Yəni aldığı zərbələr dözə biləcəyi zərbələrdir. Hər iki tərəfin möhkəm zədə alma ehtimalı çox azdır".

Elmar Babanlı — Azərbaycan Cüdo Federasiyasının baş katibi və beynəlxalq dərəcəli hakim: "Uşaqlar arasında belə yarışların keçirilməsinin qəti əleyhinəyəm. Belə yarışlar uşaqların böyük zədələr almasına səbəb ola bilər".

Elməddin Vəliyev — "Fahet" taekvando klubunun məşqçisi: "Qaydasız döyüş, sadəcə bir neçə qadağanın qoyulduğu çox güclü və ən travmatik döyüş növüdür. Dünyanın hər yerində bu növ üzrə yarışlar keçirilir. Əgər söhbət Çeçenistanda 8 yaşlı uşaqların arasında keçirilən qaydasız döyüş üzrə yarışdan gedirsə, mən bunu bir növ reklam, şou, diqqət cəlb etmək üçün atılan addım adlandırardım. Bildiyimiz kimi Çeçenistan prezidenti idman sevən və biraz da çılğın birisidir. Ama hər kəs nəzərə almalıdır ki, qaydasız döyüş-pankration olduqca fiziki güc, möhkəmlik, sərtlik tələb edən bir döyüş növüdür. Əgər tibbi nöqteyi-nəzərdən baxsaq, bu addım uşaqlara kəskin və qalıcı travmalar verə bilər. Düzdür, elə bir idman növü yoxdur ki, orada travma almaq olmasın, amma sözügedən idman növünün əsasını təşkil edən ağrıdıcı, boğucu və sındırıcı fəndlər, hələ də bədəni fiziki cəhətdən inkişafını tamamlamamış azyaşlı uşaqların həm çox tez, həm də ağır travmalar almasına şərait yaradar. Ayrıca, bu yarışda iştirak edən azyaşlı idmançıların qoruyucusuz olaraq yarışa buraxılması qətiyyən yolverilməzdir".

Əhəd Məmmədov — qaydasız döyüş ustası: "Bu, normal haldır. Uşaqlar bu yaşdan idmana öyrəşməlidirlər ki, gələcək illərdə döyüşmək daha asan olsun. Heç bir zədə ala bilməzlər. Rəqibləri də eyni çəkidədirlər, nə zərbələri var ki, ondan da travma alsınlar?! Bir sözlə dəstəkləyirəm".

Əlaqədar

Ən güclü azərbaycanlı və erməni döyüşçü qarşılaşacaq
Radik İsayev Olimpiadanın qızıl medalı uğrunda döyüşəcək
"Min nəfərdən cəmi 200-ü döyüşdən sağ çıxdı"
Öz ölüm xəbərini bir il sonra eşidən döyüşçü - Prezident ona nə sürpriz etdi?
Teqlər:
Ramzan Kadırov, Çeçenistan, döyüş, idman, uşaq

Əsas mövzular