08:52 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2210

Yarışda 44 ölkədən 250 güləşçi 7 dəst mükafat uğrunda mübarizə aparıb

BAKI, 6 okt — Sputnik. Finlandiyanın Seynyajoki şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə növbəti dünya çempionatı keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dairəvi sistem üzrə keçirilən yarışlarda ən çox qələbə qazanan idmançı qalib elan olunub.

Yarışda 44 ölkədən 250 güləşçi 7 dəst mükafat uğrunda mübarizə aparıb. Ölkəmizi Əlisahib Əliabbasov (76 kq), Məmməd Əliyev (85 kq) və Rövşən İsmayılxanlı (130 kq) təmsil edib. 130 kq-da mübarizə aparan Rövşən İsmayılxanlı yer aldığı D qrupunda gümüş medal qazanıb.

Qeyd edək ki, Rövşən İsmayılxanlı bundan əvvəlki çempionatlarda iki dəfə bürünc medal qazanmışdı.

Əlaqədar

15-16 yaşlı güləşcilər üz-üzə gələcəklər
Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurub
Güləşçilərimizdən sevinc və təəssüf dolu təəssüratlar
Azərbaycan güləşçisi qızıl medal şansını itirdi
Güləşçimiz Hacı Əliyev Olimpiadada növbəti mərhələyə çıxdı
Qadın güləşçilərimiz 1/4 finala vəsiqə qazandılar
Teqlər:
çempionat, veteran, yunan-Roma güləşi, Seynyajoki, Finlandiya

Əsas mövzular