Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın gənc reqbiçiləri Tbilisidə oynayacaqlar

© Photo : Qarabag Rugby Club / facebook14 yaşlılardan ibarət "Qarabağ" reqbi komandası
14 yaşlılardan ibarət Qarabağ reqbi komandası - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, "Qarabağ"ın gənc reqbiçiləri üçün ilk beynəlxalq təcrübə olacaq

BAKI, 3 okt — Sputnik. 21-23 oktyabr 2016-cı il tarixində 14 yaşlılardan ibarət "Qarabağ" reqbi komandası Tbilisi şəhərində keçiriləcək reqbi üzrə gənclər festivalında iştirak edəcək. Sputnik xəbər verir ki, bu festival "Qarabağ"ın gənc reqbiçiləri üçün ilk beynəlxalq təcrübə olacaq. Festivalda Nizami Mahmudovun yetirmələrindən ibarət komanda Gürcüstanın müxtəlif regionlarını təmsil edən komandalara qarşı 7 oyun keçirəcək.

Qeyd etmək lazımdır ki, səfər AZAL aviaşirkəti və SOCAR-ın maliyyə dəstəyi ilə reallaşacaq. Klubun prezidentin Eldar Kərimov yuxarıda adı çəkilən şirkətlərin dəstəyini yüksək qiymətləndirib və komandanın gələcəkdə uğurlar qazanacağına əminliyini ifadə edib.

"Biz Azərbaycan Hava Yolları və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Onların dəstəyi olmadan bu səfər baş tutmazdı. Məhz bu mərhələdə bizim uşaqların oyun təcrübəsinin inkişafı onlar üçün çox vacibdir. Azərbaycanda keçiriləcək ilk reqbi çempionatı ərəfəsində gürcü komandalarla keçiriləcək görüşlər seriyası çox yerinə düşür. Biz əminik ki, yaxın gələcəkdə yüksək nəticələr göstərməyə nail olacağıq" — deyə klubun rəhbəri bildirib.

Xəbər lenti
0