Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz portuqallara uduzdu

Futzal
Futzal - Sputnik Azərbaycan
Abunə olmaq
Komandamız Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını dayandırıb

BAKI, 26 sen — Sputnik. Bu gün 1/4 final mərhələsində Kolumbiyanın Cali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb. AFFA-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, məğlub olan komandamız Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında çıxışını dayandırıb.

Xatırladaq ki, dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn millimiz, İspaniya komandasına 2:4 hesabı ilə məğlub olmuş, iranlı futzalçılarla isə heç-heçə etmişdi — 3:3. Komandamız 1/8 final mərhələsində Tayland yığmasına 13:8 hesabı ilə qalib gəlmişdi.

Xəbər lenti
0