21:37 23 Avqust 2017
Canlı yayım
XV yay Paralimpiya oyunlarının qızıl medalçısı Ramil Qasımov

Paralimpiya çempionu: "İlham Zəkiyevin səhhətində problem olmasaydı..."

© REUTERS/ Ueslei Marcelino
İDMAN
Qısa URL
16 0 0

Ramil Qasımov: "O biri paralimpiya yarışlarına baxanda bu yarışda komandamız daha güclü idi və daha yaxşı nəticə göstərdi"

BAKI, 23 sen — Sputnik. Rio-de Janeyroda keçirilən Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən və uğur qazanan komandamız Vətənə geri dönüb. Yarışda ilk qızıl medalı qazanan paralimpiyaçımız Ramil Qasımov Sputnik-ə yarış haqqında təəssüratlarını açıqlayıb.

"O biri paralimpiya yarışlarına baxanda bu yarışda komandamız daha güclü idi və daha yaxşı nəticə göstərdi. Hər birimizin uğuru Vətənimiz və dövlətimiz üçündür", — idmançı deyib.

Paralimpiya çempionu uğur gözlədiyi idmançıların medal qazandığını dilə gətirib: "Medal gözlədiyim idmançıların hamısı uğurla çıxış etdi. Bir İlham Zəkiyevdən başqa. Onun da səhhətində problem olmasaydı, inanıram ki, o da medal qazanacaqdı. Yenə də İlham bizim üçün çempiondur".

Çempion qarşıdan gələn İslam Oyunlarına hazırlaşdığını və uğurlu nəticələr əldə etmək üçün çalışdığını söyləyib.

Əlaqədar

Paralimpiyaçılarımızın təntənəli qayıdışı
Prezident vətənə qayıdan paralimpiyaçılarla görüşüb
Paralimpiyaçılar Azərbaycana 11 medal gətiriblər
Azərbaycan atleti Paralimpiya Oyunlarının finalına yüksəlib
Rio-2016 Paralimpiya oyunlarından ilk qızıl medal gəldi
Paralimpiyada ilk medalı qazandıq
Teqlər:
Ramil Qasımov, paralimpiyaçı, Paralimpiya Oyunları, Rio-de Janeyro

Əsas mövzular