10:37 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
AZAL – Neftçi oyunu

"Neftçi"nin Müşahidə Şurası sərt qərarlar qəbul etdi

© Photo: PFL
İDMAN
Qısa URL
46 0 0

Uğursuz transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq. Məşqçi heyəti dəyişdiriləcək, mükafat və bonuslar ləğv ediləcək.

BAKI, 11 sen — Sputnik. Sentyabrın 10-da baş tutmuş "Neftçi" — "Qəbələ" matçından sonra "Neftçi" PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Sputnik PFK-nın saytına istinadən xəbər verir ki, klubun inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam etmiş və toplantıda bir sıra qərarlar qəbul olunub:

1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib;

2. "Neftçi" PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq;

3. "Neftçi" PFK-nın hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq;

4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək;

5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək;

"Neftçi" PFK olaraq azarkeşlərini və klubu sevən hər kəsi bu çətin keçid dövründə dəstək olmağa çağırır.

Əlaqədar

Neftçi ölkə çempionatının ilk qələbəsini qazanıb
"Neftçi" 6 aya 771 medal qazanıb
“Neftçi”nin baş məşqçisi istefa verib
Teqlər:
qərar, növbədənkənar iclas, Müşahidə Şurası, "Neftçi"

Əsas mövzular