Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Paralimpiya lisenziyalarından rəsmən imtina etdi

© Sputnik / Murad OrujovParalimpiya yığması
Paralimpiya yığması - Sputnik Azərbaycan
Abunə olmaq
Rio -2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb

BAKI, 7 sen — Sputnik. İdman Arbetraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş və Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən, müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib.

GİN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Paralimpiya oyunlarının bu gün başlanmasını, rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar.

Xatırladaq ki, Rio —2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.

Xəbər lenti
0