Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

© AZƏRTACВ Паралимпийской деревне в Рио подняли флаг Азербайджана
В Паралимпийской деревне в Рио подняли флаг Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasimdə paralimpiyaçılarla yanaşı, Azərbaycandan gəlmiş qonaqlar və Braziliyadakı səfirliyimizin nümayəndəsi iştirak edib.

BAKI, 5 sen — Sputnik. Bu gün Rio-de-Janeyroda Paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Paralimpiya Komitəsindən verilən məlumata görə, mərasimdə paralimpiyaçılarla yanaşı, Azərbaycandan gəlmiş qonaqlar və Braziliyadakı səfirliyimizin nümayəndəsi iştirak edib.

Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Rio Paralimpiya Yay Oyunları sentyabrın 7-də başlayacaq.

Xəbər lenti
0