Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə Azərbaycan yığması seçmə mərhələyə qələbə ilə başlayıb

© Photo : AFFA.AZFutbol üzrə Azərbaycan yığmasının oyunçuları
Futbol üzrə Azərbaycan yığmasının oyunçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Yığmamız “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.

BAKI, 4 sen — Sputnik. Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürüb.

Sputnik-in məlumatına görə, Azərbaycan millisi ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə topu 45-ci dəqiqədə Ruslan Qurbanov vurub.

Qeyd edək ki, yığmamız “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.

Xəbər lenti
0