19:58 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
7301

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Rio Olimpiadasındakı uğur və uğursuzluqlardan danışdı

BAKI, 26 avq — Sputnik. "Olimpiadalarda istər mədəni, istər siyasi baxımdan müxtəlif hadisələr baş verir. Azərbaycan 20 ildir Olimpiya oyunlarında fəal iştirak edir. Ötən 20 il ərzində Azərbaycan idmanı çox inkişaf edib və bu gün o inkişafı görürük. Azərbaycan idmançıları rekord nəticə göstərərək 18 medalla vətənə geri dönüblər. Bu, bizim uğurumuzdur".

Sputnik xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında söyləyib. O, Rio Olimpiadası haqqında təəssüratlarını media nümayəndələri ilə bölüşüb: "Rio Yay Olimpiadasında media ilə idmançıların kontaktını qura bilmirdik, çünki idmançılar Rioda idi. Biz çalışdıq sosial media üzərindən Rio-2016 Olimpiadasında baş verənləri bilavasitə və operativ həyata keçirək. Çox fərəhlənirik ki, bu sahədə dünya üzrə top 10-luğa düşə bildik. Güman edirik ki, bu işi bundan sonra da davam etdirəcəyik və Azərbaycan idmansevərlərinə doğru-düzgün informasiyaları zamanında çatdırmağa çalışacağıq. Mən düşünürəm ki, Azərbaycan növbəti uğuruna imza atıb".

  • Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı
    Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı
    © Sputnik / Murad Orujov
  • Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı
    Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı
    © Sputnik / Murad Orujov
  • Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı
    Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı
    © Sputnik / Murad Orujov
1 / 3
© Sputnik / Murad Orujov
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı

"Cəmi bir qızıl medal oldu. İdmançılara nə çatmadı ki, qızıl medal əldə edə bilmədilər?" sualına vitse-prezident belə cavab verib: "Bizim 8 finalçımız var idi. Bütün finalçılarımız qızıl medal qazana bilərdi. Mariya Stadniki 3 saniyə qızıl medaldan ayırdı. İdmanda bəxt böyük rol oynayır. Beynəlxalq Olimpiya Komitəsi 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılara medal verir, 8-ci yerə kimi qazanan idmançılara xüsusi diplom verilir. Sadəcə bizdə qızıl medala nail olmağa nəsə çatmadı. Hər bir idmançının ayrı-ayrılıqda öz səbəbi olub qızıl medal qazanmamasında. Bəzisi fiziki cəhətdən, bəziləri psixoloji səbəbdən və başqa səbəblər buna səbəb ola bilər. Mütəxəssislər oyunlara baxıb və nəticələri analiz edəcəklər".

Çingiz Hüseynzadə ağırlıqqaldırma üzrə yığmamızın düşdüyü çətin durumdan da danışıb. Onun sözlərinə görə, bu gün dünyada dopinq qalmaqalı davam edir: "Mən özüm də hələ başa düşmürəm ki, nə baş verir. Bunun məhkəmə yolu ilə də olsa, sonuna çıxacağıq. Boyanka Kostovanı son dünya çempionatına görə deyil, Londondakı çıxışından sonra götürülən analizin təkrar müayinəsinə görə cəzalandırırlar. Amma digər ölkələrdə belə idmançılar yarışa buraxılır və ikili standartlar həyata keçirilir".

Legionerlərlə bağlı açıqlama verən vitse-prezident qeyd edib ki, onlar Azərbaycan yığmasının uğurları üçün çalışdıqlarından, titullarını məhz bizim yığmada qazanıblar. Onun sözlərinə görə, milliləşdirmə prosesi bütün dünyada gedir: "Azərbaycanın tarixində bir çox millətlərdən iz qoymuş insanlar var. Biz onları özümüzdən ayırmırıq".

Əlaqədar

Olimpiya çempionu 4 milyon manatlıq villa aldı
Olimpiya qəhrəmanları vətəndə təntənəli şəkildə qarşılandılar
Azərbaycanın Olimpiadalardakı nailiyyətləri
Azərbaycan olimpiyaçıları Bakıya döndülər
Azərbaycan idmançısı Olimpiadadakı ədalətsizlikdən danışdı
Azərbaycan Olimpiadada növbəti gümüş medalını qazandı
Teqlər:
Çingiz Hüseynzadə, olimpiya, olimpiada, Milli Olimpiya Komitəsi

Əsas mövzular