Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Artıq idmanı siyasətə qarışdırıblar"

© Photo : PUBLIC DOMAINVahid Nəzərov (sağda)
Vahid Nəzərov (sağda) - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Nəzərov: "Azərbaycanda idmana diqqət və qazanılan yüksək nəticələr xaricdəki qüvvələrin xoşuna gəlmir, uğurlarımıza mane olmağa çalışırlar"

BAKI, 25 avq — Sputnik. "Biz o zaman qadağan olunmuş preparatlara qarşı barışmaz idik. Lakin bolqar məşqçini gətirəndən sonra bu sahədə problemlər yarandı".

Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı idmançı dopinq iddiasını rədd edir

Bu sözləri Sputnik-ə açıqlamasında, dopinqə düşən ağır atlet Nizami Paşayevin məşqçisi Vahid Nəzərov deyib. "Bizim zamanımızda heç bir məşqçi idmançılara vitamin və ya preparat vermirdi. Yalnız federasiyanın həkimi Elxan Qurbanov lazım olam preparatları idmançılara verirdi. İdmançılara hansı dərmanlar verilməsinə həkim xüsusi nəzarət edirdi və o zaman Nizamiyə nə verilirdisə, onu içirdi, yəni ayrı heç nə içmirdi", — məşqçi bildirib.

Onun sözlərinə görə, məşqçi olduğu dönəmdə heç bir idmançı dopinqə düşməyib: "Yalnız 2006-cı ildə Polşada keçirilən Avropa çempionatında Natiq Həsənovla Nizami Paşayev dopinqə düşüb. Bunun da səbəbi vardı. Məqsəd polşalı idmançı Şimon Koletskini önə çəkmək idi. Bu idmançının qarşısını Nizami Paşayev kəsirdi. O zaman Avropa Ağır Atletika Federasiyasının prezidenti də polşalı Valdemar Başanovski idi. Başanovski öz idmançılarına kömək etmək üçün Nizamini dopinqə saldırdı".

"Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycana qarşı haqsızlıq etmirmi? Demək olar, bütün komanda dopinqə salıb. Bu xüsusi siyasətin nəticəsidirmi?" sualına mütəxəssis belə cavab verib: "Son zamanlar dünyada idmanı siyasətə qarışdırıblar. Azərbaycanda müxtəlif idman növlərinin inkişafını görüb bizi sıxışdırmağa çalışırlar".

"Azərbaycanda idmana diqqət və qazanılan yüksək nəticələr, xaricdəki qüvvələrin xoşuna gəlmir və maneçilik törətmək istəyirlər. Lakin bunlar heç biri bizim idmanın inkişafının qarşısını ala bilməyəcək", — V. Nəzərov qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançılar siyahısını açıqlayıb. Siyahıda azərbaycanlı idmançı Nizami Paşayevin adı da yer alıb.

Xəbər lenti
0