07:25 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
74 0 0

Nizami Paşayevin qanında 3 preparat - Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları tapılıb

BAKI, 24 avq — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. Sputnik IWF-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Çin, Belarus, Qazaxıstan, Ukraynanı təmsil edən idmançılarla yanaşı azərbaycanlı atletin də adı var.

Orqanizmindən, istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan idmançımız ikiqat dünya və Avropa çempionu Nizami Paşayevdir. Onun qanında 3 preparat — Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.

Qeyd edək ki, N. Paşayev Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub.

Əlaqədar

Putin: İdmanda dopinqin yeri olmayıb və olmayacaq
Milli Olimpiya Komitəsinin vitse-prezidentindən idmançılara dopinq xəbərdarlığı
Dopinqdə ittiham olunan azərbaycanlı idmançı: "Son şansım idi..."
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
Nazirlik dopinqə düşən idmançılarla bağlı açıqlama yaydı
Teqlər:
Nizami Paşayev, dopinq-test, Pekin Yay Olimpiya Oyunları, IWF, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, dopinq

Əsas mövzular