Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

176 ölkənin nümayəndələri Bakıya gələcəklər

© Photo : BŞOƏKBakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Mahir Məmmədov: "Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib"

BAKI, 22 avq — Sputnik. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) direktoru Mahir Məmmədov mötəbər yarışa hazırlıqla bağlı medianın suallarına cavab verib. Əməliyyat Komitəsinin rəhbəri bildirib ki, avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq: "Paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır. Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir".

Ümumdünya Şahmat Olimpiadasının açılışına belə hazırlaşırıq - Sputnik Azərbaycan
İDMAN
Ümumdünya Şahmat Olimpiadasının açılışına belə hazırlaşırıq

"Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlər də nəzərdə tutub. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər", — M. Məmmədov bildirib.

Onun sözlərinə görə, olimpiadada iştirak edəcək komandalar avqustun 25-dən Bakıya gəlməyə başlayacaq: "Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaq. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır. Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək".

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin məlumatına görə, açılış mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov dəvət olunub.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq. 

Xəbər lenti
0