Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançısı Olimpiadadakı ədalətsizlikdən danışdı

© AFP 2023 / Yuri CORTEZLorenzo Sotomayor
Lorenzo Sotomayor - Sputnik Azərbaycan
Abunə olmaq
Lorenzo Sotomayor: "Son raundda qalib gəldiyimə tam əmin idim. Lakin qarşılaşma boyunca hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu"

BAKI, 22 avq — Sputnik. "Çox da sevincli deyiləm. Azərbaycan üçün qızıl medal qazanmaq istəyirdim".

Xetaq Qazyumov amerikalı idmançı Kayl Snayderə qarşı - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan Olimpiadada növbəti gümüş medalını qazandı

Bu sözləri Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayor deyib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Rio Olimpiadasında 64 kq çəki dərəcəsində finalda özbək rəqibi Fazliddin Qaybnəzərova məğlub olan təmsilçimiz bunu hakimlərin ədalətsiz davranması ilə əsaslandırıb.

"Görüş boyunca rəqibdən üstün olsam da, hakimlər elə düşünmədilər. Ümumiyyətlə, döyüşü yaxşı keçirmişdim, ancaq son raundda qalib gəldiyimə tam əmin idim. Qarşılaşma boyunca hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu", — Sotomayor bildirib.

O, məyusluğunu belə ifadə edib: "Çox pisəm, çox məyusam. Azərbaycanı çox sevirəm, Azərbaycan xalqına qızıl medal hədiyyə etmək istəyirdim. Ancaq ədalətsizlik imkan vermədi".

Xəbər lenti
0