02:26 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2301

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb

BAKI, 19 avq — Sputnik. Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. Artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov dəvət olunub.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq.

Əlaqədar

Erməni şahmatçı Azərbaycana gələcək
Şahmat üzrə Azərbaycan komandalarının kapitanları müəyyənləşdi
Şahmat Olimpiadası barədə suallara "Şah Oğlan" cavab verəcək
"Erməni şahmatçıları Bakıya gəlsələr..."
Teqlər:
Azərbaycan Şahmat Federasiyası, Ümumdünya Şahmat Olimpiadası, şahmat, olimpiada

Əsas mövzular