12:18 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Rəsul Çunayev. Arxiv şəkli

"O ermənini məğlub etməyi hamıdan çox özüm istəyirdim"

© Photo: unitedworldwrestling.org
İDMAN
Qısa URL
6401

Rəsul Çunayev: "Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim. Mən bura qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım"

BAKI, 17 avq — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində Yay Olimpia oyunları davam edir. Dünən keçirilən güləş üzrə 66 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən idmançı Rəsul Çunayev bürünc medal qazanıb.

"Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm. Dəstək verməyənləri başa düşürəm, çünki erməni idmançıya uduzmuşam", — Çunayev Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinə açıqlamasında bildirib.

"Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim", — idmançı bildirib.

O, uzun zamandan bəri 66 kq. çəki dərəcəsində çıxış etmədiyini diqqətə çatdırıb: "Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi — olimpiya çempionu, dünya çempionu…".

"Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim. Mən bura qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım", — Çunayev vurğulayıb.

Əlaqədar

Rəsul Çunayev bürünc medal qazandı
Rəsul Çunayev Olimpiadada yarımfinalda məğlub oldu
Rəsul Çunayev Rio-da 1/4 finala vəsiqə qazanıb
Rəsul Çunayev Olimpiadaya qələbə ilə başladı
Teqlər:
olimpiada, Rio-2016, güləş, idman, Rəsul Çunayev

Əsas mövzular