02:13 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Elvin Məmişzadə - boksçu

"Rəqibi analiz etdikdən sonra əks taktikalarım olacaq"

sputnik.az
İDMAN
Qısa URL
9 0 0

Elvin Məmişzadə: "Heç bir yarış asan deyil. Olimpiya Oyunları isə tamam fərqlidir. Burada məsuliyyət daha çoxdur"

BAKI, 16 avq — Sputnik. Boks üzrə sonuncu dünya çempionumuz Elvin Məmişzadə Rio-2016 Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb və dəri əlcək ustası döyüşü qələbə ilə başa çatdırıb. Qazandığı qələbədən sonra o, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibə verib. Sputnik həmin müsahibəni təqdim edir:

- İlk döyüşünüzdə qalib gəldiniz. Təəssüratlarınız necədir?

— İlk döyüşüm olduğu üçün mənə bir az ağır oldu. İnanıram ki, ikinci görüşümü bundan daha yaxşı keçirəcəyəm.

- Bundan öncə də Oljas Sattibayevlə qarşılaşmışdınız?

— London Olimpiadasından öncə rəqib olmuşduq. Həmin vaxt da döyüşüm yaxşı alınmışdı və qalib gəlmişdim.

- Artıq neçənci dəfədir, Qazaxıstan təmsilçiləri bizim boksçulara rəqib olur və bundan öncəki duellərdə rəqib qələbə qazanıb. Bu, döyüşdən əvvəl sizdə əlavə psixoloji gərginlik yaradırdı?

— Rəqib tanış idi. Dediyim kimi, ona bir dəfə qalib gəlmişdim. Buna görə, çox rahat idim. Rinqə rahat çıxdım, döyüşümü də rahat keçirdim. Qələbə qazanacağıma əmin idim.

- Növbəti döyüş barədə nə düşünürsünüz?

— 1/4 finalda özbəkistanlı boksçu ilə qarşılaşacağam. Məşqçilərlə bir yerdə hazırlaşacağıq. Rəqibi analiz etdikdən sonra əks taktikalarımız da olacaq.

- Dünya çempionusunuz. İndi isə Olimpiya Oyunlarında çıxış edirsiniz. Hansı daha çətindir?

— Heç bir yarış asan deyil. Olimpiya Oyunları isə tamam fərqlidir. Burada məsuliyyət daha çoxdur.

Əlaqədar

"Rio-2016"da çalışan xilasedicilər nə qədər qazanırlar?
Sabah Şəriəti Rio-2016-nın bürüncünü qazandı
Rio-2016-dan növbəti məğlubiyyət
Kamran Şahsuvarlı Rio-2016-nın yarımfinalına çıxıb
Elvin Məmişzadə Rio-2016-da 1/4 finalda
Rio Olimpiadasında daha bir rəzalət
Teqlər:
boksçu, boks, Rio-2016 Yay Olimpiya Oyunları, Elvin Məmişzadə

Əsas mövzular