23:46 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Ниджат Рагимов – олимпийским чемпион с мировым рекордом

Azərbaycandan qovulan idmançı Rio-2016-nın qızıl medalını Qazaxıstana apardı

© REUTERS / Stoyan Nenov
İDMAN
Qısa URL
97531

Azərbaycanlı ağır atlet Nicat Rəhimov Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

BAKI, 11 avq-Sputnik. Azərbaycanlı ağır atlet Nicat Rəhimov Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Sputnik xəbər verir ki, sabiq idmançımız qızıl medalı Azərbaycan komandası üçün deyil, təmsil etdiyi Qazaxıstan milli komandası üçün qazanıb. Bu uğura 23 yaşlı idmançı 77 kq çəki dərəcəsində nail olub. Nicat Rəhimov birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gələ bilib. N.Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib.
İdmançının üçüncü yanaşma imkanı da olub. Lakin o, buna lüzum görməyib. Beləliklə, Nicat Rəhimovun qazandığı medal Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalı olub.

Qeyd edək ki, hal-hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.

Xatırladaq ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt, 2010-cu ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edib və bu ölkəni təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq-da dünya çempionluğu qazandırıb.

Azərbaycan Ağır Atletika milli komandası və keçmiş baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, o, yığmamızı tərk edib.

Əlaqədar

Məmmədəli Mehdiyev Rio-2016-da iştirakını dayandırdı
Rio-2016 Olimpiya çempionunu döydülər və qarət etdilər
Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub
Azərbaycan Rio-2016-da ilk medalını qazanıb
Rio-de-Janeyroda IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib
Teqlər:
Zlatan Vanev, XXXI Yay Olimpiya Oyunları, Rio-2016, Nicat Rəhimov

Əsas mövzular